Göyçayda tikilən iki uşaq bağçası və sosial-inzibati binalar kompleksi istifadəyə verilib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Ermənistanda hərbi qulluqçunun güllələnmiş meyiti aşkarlanıb  |     22:52 Slovakiyalı nazir: “Bakı və Bratislava müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər”  |     22:44 Təhsil İdarəsində yeni TƏYİNATLAR  |     22:37 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:27 Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub  |     22:18 Sabah leysan olacaq  |     22:10 Braziliyada ölənlərin sayı ARTDI  |     22:02 Rusiya bu ölkə ilə ticarəti 240 milyard dollara çatdırıb – RƏQƏMLƏR  |     21:55 Bu halda kartınızdakı pullar oğurlana bilər  |     21:49 Lirə dollar qarşısında bahalaşır – SƏBƏB  |     21:43 "Müharibələr qızlara oğlanlardan daha çox stress yaşadır" - ARAŞDIRMA  |     21:35 Mayda bu bürcləri böyük məbləğlər gözləyir  |     21:29 Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)  |     21:17 Xaşaxuna bağları xəstəlik mənbəyinə çevrilib? - Sakinlər həyəcan təbili çalır (VİDEO)  |     21:11 20-25 manata satılan göycə: Bahalaşmanın səbəbi nədir?  |     21:04 107 minə görə həbs edilən ər-arvad bəraət aldı  |     20:55 Xalq artisti ilə Əməkdar artist toyda barışdı (VİDEO)  |     20:48 Bakıda 17 min manata pişik satılır (VİDEO)  |     20:40 Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq  |     20:34 Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib  |    

Göyçayda tikilən iki uşaq bağçası və sosial-inzibati binalar kompleksi istifadəyə verilib - FOTO

Heydər Əliyev Fondunun dəstəyi ilə Göyçay rayonunun Qarabaqqal kəndində tikilən 60 yerlik uşaq bağçası və Müskürlü kəndində inşa edilən sosial-inzibati binalar kompleksi istifadəyə verilib.

Median.Az
-ın APA-ya istinadən xəbərinə görə, rayon rəhbərliyinin, Milli Məclisin deputatlarının, ölkənin tanınmış yazıçı və şairlərinin iştirak etdiyi açılış mərasimlərində məlumat verilib ki, Qarabaqqal kənd uşaq bağçası ötən əsrin 70-ci illərində fəaliyyətə başlayıb. Təlim-tərbiyə ocağının binası vaxtlı-vaxtında təmir edilmədiyindən qəzalı vəziyyətə düşüb. Uşaq bağçası bu səbəbdən iki il əvvəl fəaliyyətini dayandırıb.

2019-cu ilin əvvəlində Heydər Əliyev Fondunun dəstəyi ilə kənddə müasir körpələr evinin inşasına başlanılıb. 350 kv/m sahəni əhatə edən 60 yerlik uşaq bağçasında böyük və kiçik yaşlı uşaqlar üçün qruplar, məşğələ, yataq otaqları, camaşırxana, yeməkxana mövcuddur. Uşaq bağçası istilik sistemi və digər lazımi şəraitlə təmin edilib, ehtiyat və içməli su anbarları, eləcə də mebel və yataq dəstləri, digər zəruri avadanlıqlarla təchiz olunub.

Uşaq bağçası, kitabxana, həkim məntəqəsi və inzibati otaqlardan ibarət olan Müskürlü kənd sosial-inzibati binalar kompleksində əhaliyə nümunəvi xidmət üçün lazımi şərait yaradılıb. Təhsil, səhiyyə, mədəniyyət təyinatlı obyektlərin istifadəyə verilməsi münasibətilə təşkil olunan mərasimlərdə Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi mühüm sosial layihələrin, humanitar aksiyaların əhəmiyyətindən danışılıb. Bildirilib ki, indiyə kimi Fondun dəstəyi ilə Göyçayda bir neçə müasir məktəb binası və məktəbəqədər tərbiyə müəssisəsi tikilərək istifadəyə verilib.

Həmçinin bu gün Göyçay şəhərindəki “Əbədiyaşar ədiblər” abidə kompleksində Azərbaycanın görkəmli şəxsiyyətləri Cəlil Məmmədquluzadə və Üzeyir Hacıbəyovun büstlərinin açılış mərasimi olub.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 173 08.11.19 23:28