Mədət Quliyevin oğlu: "Məmur övladı sözünü heç sevmirəm" - VİDEOMÜSAHİBƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |    

Mədət Quliyevin oğlu: "Məmur övladı sözünü heç sevmirəm" - VİDEOMÜSAHİBƏ

Azxeber.com-un müsahibi müdafiə sənayesi naziri, Milli Qəhrəman Mədət Quliyevin oğlu gənc aktyor Murad Qulubəylidir.

O Azərbaycan mətbuatına ilk dəfə özəl müsahibə verdiyini deyib.

- Murad, kənardan çox sadə insan təsiri bağışlayırsız. Bunun səbəbi nədir? 


- İndiyə kimi özünü yuxarıdan aparmaq kiməsə nəsə qazandırmayıb. Mən hər zaman çalışmışam ki, insanlarla münasibətdə yekəxana olmayım, sadə olum. Seçilirimsə də işimlə, sənətimlə seçilim. Məmur övladı anlayışından çıxmaq istəyirəm. Əslində, məmur övladı sözünü heç sevmirəm. 


- Bəzi məmur, nazir övladları sizə nisbətən cəmiyyət açıq deyil. Onlarla münasibətniz necədir, dostluq edirsiz?


- Yaxın olduqlarım var. Üimumiyyətlə, mənim münasibətim hər kəslə yaxşıdır. Heç kimlə indiyə kimi küsülu olmamışam, düşmən deyiləm. Bu iki şey mənim düşüncəmə yaddır. Hamıynan aram yaxşıdır. 
 
- Ən böyük dəstəkçinizin atanız olduğunu bildirmisiz...


- Bəli, mənim ən böyük dəstəkçim atamdır. Atam özü də incəsənətə çox yaxın insandır. Ona görə də bir-birimizi yaxşı anlayırıq. O hər zaman dəstək olub. Atam mənim üçün çox fədəkarlıq edib. 
 
- Nazir oğlu olmağın üstünlükləri çoxdur?


- Bu həm avantajdır, həm də çətinlikləri var. Sadəcə bunu deyə bilərəm.
 
- Ən böyük uğurun nədir?

- Mənim ən böyük uğurum insan olmağımdır. Əgər bu olsa, yetərlidir. 


- Gənc yaşınızda bir çox uğurlar əldə etməsiniz. Sizcə insanlar sizi qısqanır?


- Ətrafımda məni qısqanan insanlar yoxdur. Hissiyatım güclüdür, elə şey olanda hiss edərdim. Hər zaman demişəm ki, insan gərək üzərində daim çalışsın. Kimsə doğulanda bəzi avantajları, üstünlükləri ola bilər. Misal üçün ailəsindən və ya yaxınlarından. Ancaq insan gərək özü nəsə əldə etməyə çalışsın.  İstedadın olsa belə üzərində işləməsən inkişaf olmur. 
 
- Sizi sevməyən, tənqid edən insanları bağışlamağı bacarırsız?


- Bir sirrin üstünü açım, əvvəllər bağışlamağı heç bacarmırdım. Amma son illər öyrəşmişəm. Hər dəfə o insanı düşünmək lazım deyil. Unudub bağışlayırsan və pis fikirlərdən azad olursan. Belə olanda insan daha rahat olur.
 
- Sizi tədbirlərdə tez-tez görürük...


- Əslində, evdə oturmağı sevirəm. Hansısa tədbirə və ev şənliklərinə getməyi sevmirəm. İnsanlarda səmimiyətsizliyi sevmirəm. O dəqiqə həmin məkandan uzaqlaşıram. Ancaq dostlarımı da tək qoymuram və tədbirlərə tez-tez gedirəm. 


- Sosial şəbəkələrdə də çox aktivsiz...


- Bəli, Sosial şəbəkələrdə çox fəalam. Ancaq etiraf edim ki, sosial şəbəkələr vaxtımı çox aparır. 
 
- Səmimi müsahibəyə təşəkkür edirəm.
 
- Mən də sizə təşəkkür edirəm.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 436 08.11.19 19:29