Mojo.az Banner
23:00 Elektron diplomlar nə vaxtdan veriləcək?  |     22:56 "X"in işində problem yarandı  |     22:55 İspaniya Konqresinin sədri Azərbaycana gəldi  |     22:43 Abşeronda sakinlər zavoddan yayılan tüstü və səs-küydən ŞİKAYƏT EDİRLƏR (Video)  |     22:29 Bu gün yanan evdə ölən qadın 31 il əvvəl metrodakı yanğında xəsarət alıbmış  |     22:16 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     22:11 Səkkizinci sinif şagirdi qıza görə altı ilə yaxın həbsdə qalacaq - MƏHKƏMƏ (FOTO)  |     22:00 Leonardo DiKaprionun filmi real oldu  |     21:52 Sahibə Qafarova Radmila Şekerinskayla görüşdü - FOTO  |     21:46 Milli Məclisin Gənclər və idman komitəsinin ilk iclası keçirildi - FOTO  |     21:40 Maaşlarda artımla bağlı hər kəsi SEVİNDİRƏCƏK XƏBƏR  |     21:34 Azərbaycanda pensiya alan bu şəxslər üçün VACİB XƏBƏR  |     21:27 SOCAR İsveçrə şirkəti ilə sənəd imzalayıb  |     21:20 Fransa XİN: “Sülh Şurası”nın nizamnaməsinin bəzi müddəaları BMT Nizamnaməsinə ziddir  |     21:11 Zelenski BƏƏ-də keçiriləcək üçtərəfli danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibini açıqlayıb  |     20:47 Opera ifaçısı 5-ci mərtəbədən yıxılıb öldü  |     20:31 Azərbaycanda benzinin qiyməti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI  |     20:24 1500 işçini ixtisara saldı  |     20:16 6,4 bal gücündə zəlzələ oldu  |     20:10 Azərbaycanda Sabiq deputat vəfat etdi - FOTO  |    
Left Banner
Right Banner

Azərbaycanın daha bir rayonunda icbari tibbi sığorta tətbiq ediləcək

31.10.2019 19:20 1 407
Azərbaycanın daha bir rayonunda icbari tibbi sığorta tətbiq ediləcək
Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Median.Az
-ın Baku.ws-ə istinadən məlumatına görə, sərəncama əsasən, Şahbuz Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə xəstəxananın 2019-cu il noyabrın 1-dən fəaliyyətini təmin etmək tapşırılıb.

Nazirlər Kabineti İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Şahbuz Rayon Mərkəzi Xəstəxanası işçilərinin aylıq vəzifə maaşlarının 2019-cu il noyabrın 1-dən 50 faiz artırılmasını da təmin etməlidir.

Bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Şahbuz Rayon İcra Hakimiyyətinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəruri köməklik göstərilməsini təmin etmək tapşırılıb.скачать dle 11.3