Mojo.az Banner
12:13 Zorakılığın qurbanı olan uşaqlara aid istintaq materiallarının yayılması qadağan edilir  |     12:10 Dövlət istedadlı uşaqların təhsilini maliyyədən asılı olmayaraq, təmin edəcək  |     12:03 Uşaqlara gəlir, əmlak və əqli mülkiyyət hüquqları verilir  |     11:59 Uşaqlarla bağlı məhkəmə və istintaq proseslərində YENİ QAYDALAR  |     11:52 Bakıda yeni dəmir yolu dayanacaqları YARADILIR  |     11:48 Sumqayıtda 71 yaşlı kişi faciəvi şəkildə öldü  |     11:43 Hava şəraiti dəyişir, təhlükə artır: BDYPİ ehtiyatlı olmağa çağırır  |     11:39 Bakıda dördotaqlı ev yanıb  |     11:38 Azərbaycanda ötən il üç milyondan çox şəxsin məlumatlarının ələ keçirilməsinə cəhdlər olub  |     11:37 İranlı narkotacirə kuryerlik edən Neftçala sakininin saxlanılma GÖRÜNTÜLƏRİ (Video)  |     11:36 Bakıda qəzaların ən çox baş verdiyi yollar AÇIQLANDI  |     11:34 Nikol Paşinyan: "Biz müharibəyə hazırlaşmırıq"  |     11:33 Kəmaləddin Heydərov polkovniki rəis təyin etdi  |     11:28 Yanvar ayının pensiyaları niyə artımlar ilə ödənilmədi?  |     11:27 Azərbaycan nefti bahalaşıb  |     11:26 Sevgilisini videoları ilə şantaj edib pulunu alan şəxs barəsində bəraət qərarı ləğv olundu  |     11:25 Qızılın qiyməti tarixi maksimumunu yenilədi  |     11:24 Bakıda BMW piyadanı vurub öldürdü  |     11:23 Sülh Şurasından Azərbaycanla bağlı paylaşım - FOTO  |     11:22 "Volkswagen" 44 min elektromobili geri çağırdı - SƏBƏB  |    
Left Banner
Right Banner

Rozadan küsülü olduğu Elza ilə Abbasa sərt mesaj: Publikaya oynayıb, aktyorluq edirlər

19.10.2019 19:00 2 179
Rozadan küsülü olduğu Elza ilə Abbasa sərt mesaj: Publikaya oynayıb, aktyorluq edirlər
“Siz xasiyyətimə bələdsiz. Elza Seyidcahan məndən üzr istəməyincə onunla barışmayacağam”.

Bu sözləri məşhur müğənni Roza Zərgərli tədbirlərin birində açıqlamasında bildirib.

Elzanın Rozaya ünvanladığı “Heç kimə arzulamıram ki, İlhamə Quliyevanın “taxt”ında otursun. O, yaxşı “taxt” deyil. O “taxta” getsən, məhv olarsan, otur öz yerində” ismarıcından sonra tərəflər arasında qalmaqal yaşanıb.

“Hazırda münasibətləriniz necədir?” sualına Zərgərlinin cavabı sərt olub:

“Barışmadım. Siz mənim xasiyyətimə bələdsiniz. Elza Seyidcahan məndən üzr istəməyincə onunla barışmayacağam. Heç olmasa deməlidir ki, “sözdür də çıxdı ağzımdan, unut getsin”. Bu yaxınlarda da Elza ilə üz-üzə gəlsəm də, nə görüşdüm, nədə ki, salamlaşdım. Sıfır reaksiya”.

Sənətçi redaksiyamızın əməkdaşı ilə söhbətində Əməkdar artist Abbas Bağırovla aralarında yaşanan qalmaqaldan da danışıb.

Roza Abbasın aktyorluq edərək, publikaya oynadığını deyib:

“Abbas mənim üçün heç bir önəm daşımır. Bizim aramızdakı söz-söhbət “Maşın”ın “Xanımlar və cənablar-2” sürətindən sonra yarandı. Abbas bu söhbətdə haqsız olduğunu çox gözəl bilir. Mən boş yerə heç kəsdən küsmürəm. Publikaya oynamaq lazım deyil. Aktyorluq belə etməyə gərək yoxdur. Tamaşaçı hər şeyi çox gözəl görür, eləcə də anlayır”.

Qeyd edək ki, Roza ilə həmkarı Əməkdar artist Abbas Bağırovla münasibətlərinin korlanmasına səbəb Zərgərlinin “Maşın” şouda videobloger Hüseyn Əzizoğlunun əli ilə Abbası oyundan çıxartması olub. Bundan sonra tərəflər bir-birini danışdırmırlar. Küsülülükləri də indiyə kimi davam edir.//oxu.azскачать dle 11.3