Mojo.az Banner
16:08 AQTA-nın adından istifadə edən şirkətlərə xəbərdarlıq edildi  |     16:07 "Tesla"dan kəskin dönüş: Mask iki məşhur avtomobili istehsaldan çıxarır  |     15:52 Türkiyəyə yenidən sərt qış gəlir - 20 bölgəyə xəbərdarlıq edildi  |     15:41 Beş milyonluq cinayət işinə görə həbs edilən Ruslan Eyyubovla bağlı qərar verildi  |     15:20 Torpaq vergisi bəyannaməsinin təqdim olunması müddəti dəyişdi  |     15:13 Paşinyan: "Ermənistan hökuməti rəsmi Moskvaya məktub göndərib"  |     15:10 Bu şəxslər əsgərlikdən tamamilə azad edilir  |     14:58 AFFA iki komandaya texniki məğlubiyyət verib  |     14:06 Şəmkirdə 32 yaşlı diş həkimi 13 yaşlı qızla nişanlanıb  |     13:48 Rusiyada qrip epidemiyasından sonra internatın doqquz sakini öldü  |     13:36 Bakıdan Sumqayıta 50 manatlıq taksi: Müştəri və sürücü niyə narazıdır? - FOTO  |     13:31 İmişlidə direktor şagirdi döyüb? - Araşdırmalar BAŞLANDI  |     13:28 "WhatsApp"da YENİLİK - Ödənişli abunəliklər yaradılır  |     13:23 Bərdə sakini işlədiyi mağazada kimyəvi maddədən zəhərlənərək ölüb  |     13:15 Bu il evlərin qiyməti enə bilər? - Video  |     13:09 Bakıda istixanadan 50 min manatlıq oğurluq edib evakuatorla daşıdılar - Video  |     13:05 Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə saxlanıldı  |     12:57 Hökməli yolunda TƏHLÜKƏLİ ANLAR: Sürücülər yarışa çıxdılar (Video)  |     12:49 Gəncədə azyaşlı qıcolmadan öldü  |     12:45 Narkotik satan dəstənin işi Ali Məhkəmədə - Başçıları qadın, üzvlərdən biri dünya çempionu olub  |    
Left Banner
Right Banner

İlham Əliyev Vladimir Putini təbrik etdi

07.10.2019 14:58 3 496
İlham Əliyev Vladimir Putini təbrik etdi
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Dövlət başçısı Vladimir Putini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib, ona Rusiya dövlətinin və xalqının tərəqqisi naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları bu yaxınlarda keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti iclasının əhəmiyyətinə toxunaraq, Soçidə ölkə başçıları arasında aparılan danışıqların strateji tərəfdaşlığa əsaslanan ikitərəfli dostluq münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verdiyini vurğulayıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Söhbət zamanı Prezident İlham Əliyev və Prezident Vladimir Putin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi ilə bağlı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.скачать dle 11.3