Mojo.az Banner
Left Banner
Right Banner

AFFA iki komandaya texniki məğlubiyyət verib

29.01.2026 14:58 705
AFFA iki komandaya texniki məğlubiyyət verib
AFFA iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb.

Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA Region Liqasında keçirilməli olan "Bakı" TFK - "Xan Çinar" qarşılaşması birincilərin təyin olunan vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-14 Liqasında baş tutan "Qaradağ Lökbatan" - MOİK PFK oyununda isə meydan sahiblərinin heyətində protokolda adı qeyd edilməyən futbolçu iştirak etdiyi üçün klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.скачать dle 11.3
Mojo.az Banner