Mojo.az Banner
23:00 Elektron diplomlar nə vaxtdan veriləcək?  |     22:56 "X"in işində problem yarandı  |     22:55 İspaniya Konqresinin sədri Azərbaycana gəldi  |     22:43 Abşeronda sakinlər zavoddan yayılan tüstü və səs-küydən ŞİKAYƏT EDİRLƏR (Video)  |     22:29 Bu gün yanan evdə ölən qadın 31 il əvvəl metrodakı yanğında xəsarət alıbmış  |     22:16 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     22:11 Səkkizinci sinif şagirdi qıza görə altı ilə yaxın həbsdə qalacaq - MƏHKƏMƏ (FOTO)  |     22:00 Leonardo DiKaprionun filmi real oldu  |     21:52 Sahibə Qafarova Radmila Şekerinskayla görüşdü - FOTO  |     21:46 Milli Məclisin Gənclər və idman komitəsinin ilk iclası keçirildi - FOTO  |     21:40 Maaşlarda artımla bağlı hər kəsi SEVİNDİRƏCƏK XƏBƏR  |     21:34 Azərbaycanda pensiya alan bu şəxslər üçün VACİB XƏBƏR  |     21:27 SOCAR İsveçrə şirkəti ilə sənəd imzalayıb  |     21:20 Fransa XİN: “Sülh Şurası”nın nizamnaməsinin bəzi müddəaları BMT Nizamnaməsinə ziddir  |     21:11 Zelenski BƏƏ-də keçiriləcək üçtərəfli danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibini açıqlayıb  |     20:47 Opera ifaçısı 5-ci mərtəbədən yıxılıb öldü  |     20:31 Azərbaycanda benzinin qiyməti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI  |     20:24 1500 işçini ixtisara saldı  |     20:16 6,4 bal gücündə zəlzələ oldu  |     20:10 Azərbaycanda Sabiq deputat vəfat etdi - FOTO  |    
Left Banner
Right Banner

Zlatko Daliç: "Rəqibin qapıçısı əla oynadı"

09.09.2019 23:56 2 169
Zlatko Daliç:
"Rəqibi təbrik edirəm. Komandamız oyuna yaxşı başladı və erkən qol vurduq. Lakin daha sonra Azərbaycan komandasının qapıçısı çox yaxşı çıxış etdi".

Bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçədən sonra təşkil edilən mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, ilk hissədə komandası, fasilədən sonra isə rəqib yaxşı çıxış edib:

"Meydan sahibləri ikinci yarıda azarkeş dəstəyini də hiss edərək daha inamlı oynadı. Biz isə bir qədər özümüzü itirdik. Bu, məyusedici nəticədir. Amma vəziyyəti qəbul etməli, növbəti görüşlərə hazırlaşmalıyıq. Dəyişiklikləri tez etsəydim, bəlkə də, nəticə fərqli olardı. Ante Rebiçin ilk hissədə 2 qol imkanı vardı. Ancaq onu əvəzləmədim, inandığımı göstərmək istədim. Növbəti qolu vura bilmədik. Rəqib bizə layiq olduğu bərabərlik topunu vurmağı bacardı. Davor Şukerin İvan Rakitiçlə bağlı dedikləri ilə razıyam. O, növbəti görüşlərdə komandaya kömək edəcək".

Daliç Azərbaycan millisinin futbolçuları ilə bağlı fikirlərini bölüşüb:

"Yəqin ki, Azərbaycan millisinin futbolçuları burada xoşbəxtdirlər və ona görə xaricə getməyiblər. Azərbaycanla ilk matçımızdan sonra onların növbəti görüşlərdə xal qazanacaqlarına inanırdım. Bunu bacarmamaqları qəribədir. Burda yenə xal itirdik. Amma heç bir stadionu cəhənnəm adlandırmazdım".скачать dle 11.3