Mojo.az Banner
23:03 “Windows 11”də donmaların səbəbi bəlli oldu  |     22:59 Daha bir ölkə “Eurovision”ı boykot etdi  |     22:51 Elektron siqaret satan şəxs cərimələndi  |     22:46 Kartdan istifadə etmədən pul çıxılır? - “BakıKart” məsələyə aydınlıq gətirdi  |     22:39 Tələbə adını qazananların DİQQƏTİNƏ  |     22:33 Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO  |     22:28 “iPhone 18 Pro” seriyası bu rənglərlə satışa çıxacaq  |     22:20 Attraksion aşdı, bacı-qardaş yaralandı - VİDEO  |     22:15 Elektromobillər üçün yeni texnologiya: Hərəkətdə olarkən şarj olunacaq  |     22:07 Borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - İqtisadçı şərtləri açıqladı  |     22:02 Azərbaycanın bu kəndində 150 min adam yaşayır  |     21:56 Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI  |     21:44 Allergenlərin qida məhsullarının etiketində göstərilməsinə dair yeni tələblər müəyyənləşdirilib  |     21:38 İsraildə "Qafqaz mafiyası"nın başçısı qətlə yetirildi  |     21:31 Bakıda 40 küçə və prospektdə yolların təmir işləri başa çatdırılıb  |     21:28 Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını qazanıb  |     21:24 Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO  |     21:12 Sərnişinlərin DİQQƏTİNƏ: Qatarların hərəkətində MÜVƏQQƏTİ DƏYİŞİKLİK  |     21:00 Oğurluqda təqsirləndirilən şəxs Rusiyadan Azərbaycana ekstradisiya ediləcək  |     20:52 İnterpolun axtarışında olan azərbaycanlı Ukraynadan ölkəmizə ekstradisiya ediləcək  |    
Left Banner
Right Banner

Pərvanə Vəliyeva: COP29-a hazırlıq çərçivəsində regionda sağlam ekosistemin yaradılmasına çağırırıq

21.06.2024 20:51 3 045
Pərvanə Vəliyeva: COP29-a hazırlıq çərçivəsində regionda sağlam ekosistemin yaradılmasına çağırırıq
Vətəndaş cəmiyyəti və icma təşkilatları COP29 prosesinin daha inklüziv olmasında, effektiv və ədalətli qərarların qəbul edilməsinin təşviqində mühüm rol oynayır.

Bunu COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva Zəngilanda keçirilən “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, onların iştirakı COP29-un daha şəffaf, eyni zamanda, təsirli nəticələrinə töhfə verəcək:

“Cəmiyyətin üzvləri olaraq biz COP29 Təşkilat Komitəsinə daxilik və vətəndaş cəmiyyətinin maraqlarını ön plana çıxarmağa, iqlim dəyişikliyindən ən çox təsirlənənlərin ehtiyaclarının dinlənilməsini və həll olunmasını təmin etməyə sadiqik. Vətəndaş cəmiyyəti olaraq biz bütün maraqlı tərəfləri COP29-a hazırlıq zamanı prioritetləşdirməyə və regionda sağlam ekosistemin yaradılmasına töhfə verməyə dəvət edirik”.скачать dle 11.3
Mojo.az Banner