Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatı nə qədər önəmlidir?

03.09.2026 19:48 342
Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatı nə qədər önəmlidir?
"Cənab Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün Qırğızıstana işgüzar səfəri bu təşkilatın Azərbaycan üçün əhəmiyyətini bir daha gündəmə gətirir".

Bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, ŞƏT-in miqyasına baxanda bu platformanın Azərbaycan üçün əhəmiyyəti daha aydın görünür:

"Təşkilatın 10 üzvü var. Çin, Rusiya, Hindistan, Pakistan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Belarus. Bu ölkələrdə ümumilikdə 3,4 milyarddan çox insan yaşayır. ŞƏT məkanı təxminən 36 milyon kvadratkilometr ərazini, dünya ÜDM-inin təxminən 25%-ni və beynəlxalq ticarətin 15%-dən çoxunu əhatə edir. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusundadır. Amma iqtisadi əlaqələrə baxdıqda təşkilata üzv ölkələrin Azərbaycan üçün çəkisi artıq kifayət qədər böyükdür. 2025-ci ildə Azərbaycanın xarici ticarətinin 10%-i Rusiya, 9,9%-i Çin, 1,6%-i Özbəkistan, 1,4%-i Qazaxıstan, 1,3%-i İran, 0,9%-i Belarus və 0,8%-i Hindistanın payına düşüb. Təkcə bu ölkələrin payını topladıqda 25,9% alınır. Pakistan, Qırğızıstan və Tacikistanı da nəzərə alsaq, ŞƏT ölkələrinin Azərbaycanın xarici ticarətində faktiki payı bundan bir qədər də yüksəkdir.

Amma Azərbaycanın ŞƏT üçün əhəmiyyəti yalnız ticarətlə məhdudlaşmır. Azərbaycan təşkilatın əsas iqtisadi mərkəzləri olan Çin və Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Türkiyə və Avropa ilə birləşdirən nəqliyyat marşrutunun üzərində yerləşir. Bu baxımdan, Orta Dəhlizin inkişafı Azərbaycanın ŞƏT məkanındakı iqtisadi rolunu daha da artıra bilər. Dünyanın hər 4 dollar ÜDM-indən təxminən birinin formalaşdığı, 3,4 milyarddan çox insanın yaşadığı belə böyük iqtisadi məkanla münasibətlərin genişlənməsi Azərbaycan üçün siyasi, ticarət, investisiya, tranzit və logistika baxımından böyük iqtisadi imkan deməkdir".

Son xəbərlər