Salyanda ağır qəza - Beş nəfər xəsarət aldı
Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Zəncirvari qəza zamanı "Infiniti", "Mazda" və VAZ-2107 markalı avtomobillər və mikroavtobus toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində Qaraçala qəsəbə sakinləri - Nemət İbrahim oğlu İsmayılov, Ərəstun Ramazan oğlu Əhmədov və daha üç nəfər xəsarət alıb. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.