Salyanda yol qəzası olub, xəsarət alan var
Median.Az report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun Salyanın Qarabağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yol qəzası zamanı rayonun Qaraçala qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əhmədov Kamal Mikayıl oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
