Mojo.az Banner
18:38 Baş nazir Əli Əsədov İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb  |     18:26 Kolumbiyada gecə klubuna qumbara atıldı: Ölən və xeyli yaralı var  |     18:09 "Ağdam" şadlıq evinin fəaliyyəti məhdudlaşdırıldı  |     18:00 Leyla Əliyeva bacısını təbrik etdi - FOTO  |     17:55 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     17:49 Təhsil eksperti Kamran Əsədov HƏBS EDİLDİ (Video)  |     17:31 Mərkəzi Bank 6,5 milyon manatlıq əmlakını hərraca çıxarır  |     17:20 Türkiyəli aktyor Doğukan Güngör və sosial media fenomeni Ceyda Ersoyun narkotik testinin nəticələri məlum oldu  |     17:10 Keçmiş aparat rəhbəri Şəmkirdə şadlıq sarayı aldı  |     16:55 Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı - FOTO  |     16:44 İnterpolla axtarılan 82 nəfərin yeri müəyyən edilib  |     16:24 Bakıda DƏHŞƏTLİ HADİSƏ - İki nəfər yanaraq öldü  |     15:25 Azad edilmiş ərazilərdə 1079 döyüş silahı aşkar edilib  |     15:11 Dövlət orqanlarının məlumat bazalarına kiberhücum edən şəxsin cəzası azaldılıb  |     14:59 Azərbaycanda sürüşmə zonaları aktivləşə bilər  |     14:58 Alyona Əliyeva Arzu Əliyevanı təbrik etdi - FOTO  |     13:50 Ermənistanda Azərbaycandan idxal olunan benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb  |     13:42 Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlandı  |     13:37 Şənbə günü hava yağmursuz keçəcək  |     13:34 Qarabağda qalan sonuncu ermənilər də Ermənistana köçürüldü  |    
Left Banner
Right Banner

Körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağlayıb - RƏSMİ

24.02.2021 11:36 2 193
Körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağlayıb - RƏSMİ
“Dünən axşam saatlarından müşahidə edilən qarlı-çovğunlu hava şəraiti paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib”.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O bildirib ki, bir sıra istiqamətlərdə, xüsusən də enişli-yoxuşlu ərazilərdə, körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağlayıb:

“Bu səbəbdən də hazırda əsasən Heydər Əliyev (şəhər mərkəzi kənar yol) və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb. Təhlükəsizlik məqsədilə və meterioliji amillər nəzərə alınmaqla sərnişin avtobusları minimal sürətlə hərəkət edir.

Koroğlu Nəqliyyat Mübadilə Məkrəzində sərnişinlərin və avtobusların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq tədbirlər görülür. Səhər saatlarından mərkəzin giriş və çıxış hissələri, pilləkənlər qardan təmizlənir.

Bir daha hərəkət iştirakçılarından ehtiyatlı olmalarını, sürücülərdən sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”.скачать dle 11.3