Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:55 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |    
Mojo.az Avto
Mojo.az Avto

Baş nazir Əli Əsədov İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb

23.01.2026 18:38 456
Baş nazir Əli Əsədov İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 23-də İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.

Baş nazir Ə.Əsədov bir neçə gün əvvəl İspaniyada baş vermiş qatar qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar F.Armenqola başsağlığı verdi.

Görüşdə Azərbaycan ilə İspaniya arasında mövcud əlaqələrin müxtəlif sahələrdə müsbət dinamika nümayiş etdirdiyi bildirildi, dövlətlərarası münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı qeyd edildi.

Parlamentlərarası əməkdaşlıq məsələlərinə toxunularaq parlament səviyyəsində qarşılıqlı səfərlərin və təmasların önəmi vurğulandı.

İki ölkə arasında müxtəlif istiqamətlərdə, xüsusən də ticarət-iqtisadi, investisiya, enerji, o cümlədən bərpa olunan enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu.

Son xəbərlər