Mojo.az Banner
16:26 "Space" TV ilə bağlı qarşılıqlı bəyanatlar: Bank hesablarına həbs qoyulması nədən qaynaqlanır?  |     16:20 Bakıda daxili iməcilik keçirilib  |     16:12 Ermənistan ilə Rusiya arasında PENDİR BÖHRANI  |     16:09 Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA  |     15:58 Azərbaycanda futbol klubu 400 min manata SATILDI  |     15:22 Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM  |     15:15 Formula-1-ə FHN-nin 400 nəfərə yaxın şəxsi heyəti cəlb olunub  |     15:10 "Real"ın 100 milyon avroluq təklifi rədd edildi  |     15:02 Sədərək və Binə Ticarət Mərkəzləri bağlanır? - Video  |     15:01 45 kiloqramdan artıq narkotik vasitə aşkar olunub  |     14:56 Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanıldı  |     14:51 "Əl-Hilal" 64 milyon avroluq transfer etdi  |     14:43 Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb  |     14:38 Ukraynada hərbçiləri partlatmağa çalışan qız saxlanıldı  |     14:30 Gəncədə universitet əməkdaşı VƏFAT ETDİ  |     14:24 Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub  |     14:16 Şəmkirdə yeniyetmə qız QƏTLƏ YETİRİLDİ: 16 yaşlı BACISI SAXLANILDI  |     13:48 Azərbaycanda 41 dərəcə isti olacaq  |     13:46 Çak Rassel 74 yaşında vəfat etdi 15 17  |     13:39 Gürcüstan işıqsız qalıb: Son vəziyyət AÇIQLANDI (Yenilənib)  |    
Left Banner
Right Banner

Mingəçevirdə civə satışı ilə məşğul olan şəxs tutulub - FOTO

23.05.2020 16:11 5 981
Mingəçevirdə civə satışı ilə məşğul olan şəxs tutulub - FOTO
Mingəçevir Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində şəhər ərazisində civə satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonunun sakini, 60 yaşlı Nizami Sadıqov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

N.Sadıqovun üzərində axtarış zamanı ondan iki ədəd şüşə ampulada zəhərli maddə hesab edilən civə aşkar edilərək götürülüb. Saxlanılan şəxs əməlini etiraf edərək, civəni satmaq məqsədilə üzərində gəzdirdiyini bildirib.

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.

Qeyd edək ki, civə güclü təsir edən və zəhərli maddələr kimi təsnif edilir. Cinayət Məcəlləsinin 240-cı maddəsinə əsasən, civə və bu qəbildən olan digər maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi cinayət məsuliyyətinə səbəb olur.


скачать dle 11.3
Mojo.az Banner