Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:54 İƏT-in Baş katibi: "Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"  |     14:47 Finlandiya prezidenti: "Azərbaycanın Avropa İttifaqına üzv olmaq şansı var"  |     14:47 İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"  |     14:45 Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqlədi  |     14:43 Prezident: "Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"  |     14:42 İlham Əliyev: "Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb"  |     14:41 Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"  |     14:33 Təhlükəli məhsullarla bağlı YENİLİK: Hansı mallar bazardan yığışdırılacaq?  |     13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan ilə Rusiya arasında PENDİR BÖHRANI

25.07.2026 16:12 567
Ermənistan ilə Rusiya arasında PENDİR BÖHRANI
Rusiya bazarının itirilməsi halında Ermənistan pendir ixracından əldə etdiyi gəlirlərin 80 faizindən çoxundan məhrum olacaq.

Bu barədə milli statistika xidmətlərinin məlumatlarına istinadən "RİA Novosti" məlumat yayıb.

2025-ci ildə Ermənistanın sözügedən məhsulun tədarükündən qazancı 16.4 milyon dollar təşkil edib ki, bunun da 13.5 milyon dolları Rusiyaya ixrac hesabına əldə olunub. Beləliklə, Ermənistan pendirinin ixracından gələn mənfəətin 83 faizi məhz Rusiya bazarının payına düşüb.

Ötən il ərzində Ermənistan pendirinin digər əsas alıcıları sırasında ABŞ (1.8 milyon dollar) və Gürcüstan (670.9 min dollar) yer alıb. Xatırladaq ki, bundan əvvəl "Rosselxoznadzor" Ermənistandan süd məhsullarının idxalını məhdudlaşdırmaq qərarına gəlib. Qadağalar iyulun 27-dən etibarən qüvvəyə minir.

"Rosselxoznadzor"dan verilən məlumata görə, qurumun mütəxəssisləri Rusiyaya süd məhsulları ixrac edən Ermənistanın süd emalı müəssisələrində yoxlamalar aparıblar. Nəticədə məhsullarda xəstə heyvanlardan alınan süddən istifadə olunduğu aşkar edilib. Bundan əlavə, Ermənistanın baytarlıq xidmətinin yalnız yerli və ya Aİİ müəssisələrinin xammalından istifadə olunacağı barədə verdiyi zəmanətlərə baxmayaraq, Rusiya bazarı üçün nəzərdə tutulan yüksək yağlı məhsulların istehsalında üçüncü ölkələrdən gətirilən xammalın tətbiq edilməsi faktları da öz təsdiqini tapıb.

Son xəbərlər