Mojo.az Banner
22:25 Yaylaq festivalında xəsarət alanların kimliyi məlum oldu (YENİLƏNİB)  |     22:16 Sumqayıtda qəzada ölən hakimin anası 1 milyon manat təzminat istəyib  |     22:11 Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı  |     22:02 Ağdamın iki kəndində güclü yanğın davam edir: Dörd rayondan qüvvələr cəlb olunub (Yenilənib)  |     21:39 Məhərrəmlik nə vaxt bitir?  |     21:32 Piyada qaydanı pozduqda sürücünün məsuliyyəti necə müəyyən edilir?  |     21:18 İspaniyada meşə yanğınlarına görə 70 mindən çox insan təxliyə edilib  |     20:51 Xətaidə evyaran üç nəfər SAXLANILDI  |     20:47 Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdilər  |     20:42 NATO-da ŞOK HADİSƏ: Qərargahda çalışan casus saxlanıldı  |     20:25 Ləğv prosesində olan banklara görə ödənilən kompensasiyanın məbləği açıqlandı  |     20:19 Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr  |     20:11 Professor: Korvalolun istifadəsi həkim təyinatı ilə olmalıdır  |     20:06 Aşıq Əhlimanın səhhətində ciddi irəliləyiş yoxdur - Oğlu son vəziyyəti açıqladı  |     20:00 Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq  |     19:53 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - Video  |     19:48 Magistraturaya qəbul planı artan və azalan universitetlər (SİYAHI)  |     19:40 Yay tətilində uşaqları gözləyən gizli təhlükə  |     19:34 Gürcüstanda zəlzələ oldu  |     19:25 Putin Tokayevlə görüşdü  |    
Left Banner
Right Banner

Ukraynada hərbçiləri partlatmağa çalışan qız saxlanıldı

25.07.2026 14:38 120
Ukraynada hərbçiləri partlatmağa çalışan qız saxlanıldı
Ukraynanın Çerniqov şəhərində hərbçiləri blokpostda partlatmağa cəhd etməkdə şübhəli bilinən qız saxlanılıb. O, əsgərlərə “McDonald's” yeməyi adı altında, burgerin içərisində gizlədilmiş əldəqayırma partlayıcı qurğu verib.

Bu barədə “RBK-Ukrayna” Çerniqov vilayəti polisinin məlumatına istinadən xəbər yayıb.

Hərbçilər təhlükəsizlik qaydalarına uyğun hərəkət edərək paketləri dərhal blokpostdan və insanlardan uzaq məsafəyə aparıblar. Məhz bu addım onların həyatını xilas edib. Çünki paketlərdən birindəki burgerin içərisində əldəqayırma partlayıcı qurğu aşkar edilib.

Şübhəli şəxs Ukrayna Milli Polisi, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və prokurorluq əməkdaşlarının birgə əməliyyatı nəticəsində saxlanılıb.

Polisdən bildirilib ki, hazırda istintaq çərçivəsində zəruri prosessual tədbirlər davam etdirilir və saxlanılan şəxsə rəsmi ittihamın elan olunması məsələsinə baxılır. Hüquq-mühafizə orqanları iş üzrə əlavə təfərrüatların daha sonra açıqlanacağını bildiriblər.скачать dle 11.3
Mojo.az Banner