Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Formula-1-ə FHN-nin 400 nəfərə yaxın şəxsi heyəti cəlb olunub

25.07.2026 15:15 549
Formula-1-ə FHN-nin 400 nəfərə yaxın şəxsi heyəti cəlb olunub
24-26 sentyabr tarixlərində keçirilməsi planlaşdırılan "Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026" bəynəlxalq tədbirinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 30-dan çox xüsusi texnikası, eləcə də 400 nəfərə yaxın şəxsi heyətinin cəlb olunması planlaşdırılıb.

Bu barədə FHN-in Baş Əməliyyat İdarəsinin rəisi polkovnik-leytenant Elvin Ağayev jurnalistlərə açırlamasına bildirib.

Onun sözlərinə görə, təlimlərdə məqsəd tədbir zamanı baş verə biləcək fövqəladə halların çevik qarşısının alınmasıdır: "Formula 1-in keçirilməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ixtisaslaşmış yanğınsöndürmə və xilasedici marşallar üçün təlimlər keçirilib. Təlimin nəzəri hissəsində yanğınsöndürmə, yanğın təhlükəsizliyi qaydaları, eləcə də xilasetmə işlərinin təşkilinə dair marşallara xüsusi təlimatlar verilib. Praktiki hissədə isə baş vermiş yanğınların söndürülməsi və şərti olaraq pilotun xilas olunması məqsədilə imitasiyalar həyata keçirilib".

O əlavə edib ki, təlimlərə ümumilikdə 186 nəfər marşal qoşulub ki, onlardan da 60 nəfəri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təşkil əməkdaşlarından təşkil olunub.

Son xəbərlər