Mojo.az Banner
21:51 İsrail və Azərbaycan memorandum imzaladı  |     21:46 Məşhur diktor vəfat etdi  |     21:39 İşə düzəltmək adı ilə qohumlarını aldatdı - 20 min manatlıq dələduzluq  |     21:32 Uşaqlar 10 dəfə yoluxa bilər - Həkimdən XƏBƏRDARLIQ  |     21:16 Rasim Həsənov barəsində həbs qətimkan tədbiri seçildi  |     21:08 İspaniyada 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə girişi qadağan olunur  |     21:01 Dondurulmuş qidalar gözlənilməz fəsadlar törədir?  |     20:50 Kriştianu Ronaldu "Ən-Nəsr"in məşqində iştirak etməyib  |     20:33 Yol pulu olmadığı üçün velosiped oğurladı, həbs edildi  |     20:27 Azərbaycanda bu qohumlar evlənə bilər  |     20:18 "Ölümündən 40 gün sonra xəbərim oldu" - Qətlə yetirilən şəxsin qardaşı məhkəmədə ifadə verdi  |     20:17 Avropada iş vədi ilə 160 mindən çox pul mənimsəyən şirkət rəhbərlərinin MƏHKƏMƏSİ  |     20:08 Azərbaycan və BƏƏ hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər  |     19:59 "Tərtər işi"ndə ölən leytenantın ailəsinə 50 min manat veriləcək  |     19:47 Türkiyə ABŞ və İran arasında vasitəçi olmağa hazırdır - Ərdoğan  |     19:47 Bakıdan keçməklə göndərilən taxıl yüklü vaqonlar Ermənistana çatdı  |     19:38 Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı  |     19:27 Azarkeşlərə səfər qadağası qoyuldu  |     19:26 Bakıda sevgilisinin evindən 7400 manat oğurlayan qadın həbs olundu  |     19:04 İşə düzəltmək adı ilə qohumlarını aldatdı - 20 min manatlıq dələduzluq  |    
Left Banner
Right Banner

Bakıda silahlı quldur dəstə yaxalandı

22.05.2020 14:00 4 033
Bakıda vətəndaşa qarşı quldurluq edən şəxslər yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində baş verib.

Beş naməlum şəxs gecə saatlarında Bakı şəhər sakini Real İsgəndərovun qarşısını kəsərək, onun 650 manatını və mobil telefonunu əlindən alıb, hadisə yerindən qaçıblar.

Nizami rayon Post Patrul Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa qarşı quldurluqda şübhəli bilinən - Beyləqan rayon sakini, 1965-ci il təvəllüdlü Cahangir Nağıyev, Zəngilan rayon sakini, 1988-ci il təvəllüdlü Şahmar İsazadə, Şirvan rayon sakini, 1995-ci il təvəllüdlü Röyal Mirzəyev və Füzuli rayon sakini, 1995-ci il təvəllüdlü Rahil Həsənov saxlanılıblar.

R.Mirzəyevin idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış keçirilərkən oradan bir ədəd bıçaq, bir ədəd balta, bir ədəd qundağı kəsilmiş ov tüfəngi və iki ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.скачать dle 11.3