Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Uşaqlar 10 dəfə yoluxa bilər - Həkimdən XƏBƏRDARLIQ

03.02.2026 21:32 537
Uşaqlar 10 dəfə yoluxa bilər - Həkimdən XƏBƏRDARLIQ
Azərbaycanda infeksion xəstəliklərin yayılması cəmiyyətdə ciddi narahatlıq doğurub. Xüsusilə uşaqlar arasında yoluxma hallarının azalmaq bilməməsi valideynləri təşvişə salıb. Pediatrlar bildiriblər ki, hava-damcı və su yolu ilə yayılan infeksiyalardan tam qorunmaq mümkün deyil və mövsümi keçidlər bu prosesdə mühüm rol oynayır. Payız və qış aylarında artan kəskin respirator virus infeksiyalarının mart ayında bir qədər də güclənəcəyinə dair narahatçılıq formalaşıb. İnsanlar martda infeksion xəstəliklərin daha aktiv dövrə keçəcəyini düşünürlər. 
 
Median.Az
-ın məlumatına görə, sfera.az-a açıqlama verən infeksionist Mərdan Əliyev bildirib ki, mart ayı infeksion xəstəliklərin aktiv dövrü deyil.
 
Onun sözlərinə əsasən, payız mövsümündən başlayaraq kəskin respirator virus infeksiyaları yayılır və martda bu xəstəliklərin son dalğası başa çatır:

“Bu infeksiyaların içində onlarla virus var və hər biri müxtəlif formalarda özünü göstərir. İnsan birinə yoluxduqdan sonra növbəti virusa, daha sonra isə başqa bir virusa yoluxur və bu minvalla payız-qış mövsümündə insanlar bir neçə dəfə kəskin respirator virus infeksiyalarına yoluxurlar”.

Mütəxəssis qedy edib ki, bu infeksiyaların içində ən ağır virus qripdir:

“Digər formalar isə müxtəlif ağırlıq dərəcələrində müşahidə olunur. Bəzilərində yüksək qızdırma olduğu halda, digərlərində qızdırmasız, sadə burun axıntısı və rinit əlamətləri ilə özünü göstərir. Bu xəstəliklərə əsasən böyüklər təqribən 4-5 dəfə yoluxa bilirlər. Daha çox immuniteti zəif olanlar və aktiv əhali qrupuna aid şəxslər isə 4-6 dəfə yoluxurlar. Yəni adətən 6 dəfəyə qədər yoluxma halları müşahidə olunur. Uşaqlarda isə bu göstərici 6-10 dəfə olur. Çünki onların immun sistemi daha həssasdır və bağça, məktəblərə gedən uşaqlarda yoluxma halları daha çox müşahidə olunur. Mən düşünürəm ki, əslində payız-qış mövsümündə uşaqlar daha çox xəstələnirsə, növbəti aylarda xəstələnmələrin sayı azalmalıdır. Çünki artıq uşaqlar və ya böyüklər xəstəliyə yoluxduqca həmin virusa qarşı immunitet əldə edir və növbəti dəfə həmin xəstəliyə həssaslıq azalır. Buna görə də payız-qış mövsümündə, xüsusilə sentyabr, oktyabr, noyabr aylarında, eləcə də yanvar-fevral aylarında xəstələnmə halları çox müşahidə olunursa, mart ayında bu halların sayı nəzəri olaraq azalmalıdır”.

M.Əliyev xəstəliklərin pik dövrünün dekabr-yanvar aylarında müşahidə olunduğunu vurğulayıb:

“Xüsusilə ağır keçən qrip xəstəlikləri məhz bu dövrdə daha çox qeydə alınır. Ondan sonra isə bu xəstəliklərin sayı tədricən azalır. Mart ayında son dalğa olur və bundan sonra artıq həmin xəstəliklərə yoluxan şəxslər bu viruslara qarşı immunitet qazandıqları üçün yoluxma halları azalır”.

Son xəbərlər