Mojo.az Banner
16:24 Korrupsiyanı xəbər verən şəxs həlak olarsa, ailəsi 20 min manat alacaq  |     16:13 Bu şəxslərə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək  |     14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda son zamanlar yayılan xəstəlik NƏDİR? – Həkim GÖZLƏNİLƏN TƏHLÜKƏLƏRDƏN danışdı

14.01.2026 13:23 558
Azərbaycanda son zamanlar yayılan xəstəlik NƏDİR? – Həkim GÖZLƏNİLƏN TƏHLÜKƏLƏRDƏN danışdı
Son aylarda virus və bağırsaq infeksiyalarının artması və ilə bağlı çoxsaylı şikayətlər var. Cəmiyyətdə narahatlıq doğuran əsas məqamlardan biri isə qarşıdakı dövrdə yeni virusların meydana çıxıb-çıxmayacağıdır.

Bəs müşahidə olunan viruslar əvvəlkilərdən daha ağır klinik gedişə malikdirmi? Virusların mutasiyaya uğraması hazırda nə dərəcədə aktualdır və bizi nə gözləyir?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov mövzu ilə bağlı Oxu.Az-a açıqlama verib.

O bildirib ki, qrip və digər kəskin respirator infeksiyalar üçün fəsillilik xarakterikdir:

"Payız-qış aylarında hər il bu infeksiyaların artımı müşahidə olunur. Viruslara yoluxmanın çoxalmasına mövsümi amillər - havanın temperaturunun azalması, quru hava şəraiti, insan immunitetinin təbii zəifləməsi, gün işığının və D vitamini sintezinin azalması, qida ilə vitaminlərin daha az qəbul edilməsi və digər faktorlar təsir göstərir.

Hazırda daha çox rastlanan infeksiya mövsümi A qripidir. Fevral ayından bu infeksiyanın yayılmasının pik dövrü müşahidə olunur. Ümumilikdə, yaz aylarına doğru qripə yoluxma hallarının azalacağı proqnozlaşdırılır. Bununla yanaşı, müxtəlif digər kəskin respirator virus infeksiyaları da oxşar klinik mənzərə ilə müşahidə edilir.

Hazırda daha çox yayılan A qripinin əvvəlki illərdə rast gəlinən qrip virusları ilə müqayisədə daha ağır xəstəlik törətməsinə dair sübut yoxdur. Lakin qrip infeksiyası risk qrupuna daxil olan şəxslərdə adətən, daha ağır və fəsadlı keçir".

Mütəxəssis qeyd ediblər ki, uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər qripin ağır gedişi baxımından risk qrupuna daxildirlər:

"Qrip virus infeksiyası digər kəskin respirator virus infeksiyaları ilə müqayisədə, xüsusilə risk qruplarında daha təhlükəlidir. Qrip viruslarının mutasiyaya uğraması təbii prosesdir. Bunun nəticəsində viruslar qazanılmış immunitetdən qismən yayına bilirlər. Lakin bu mutasiyalar köklü xarakter daşımır və yeni ştamın yaranmasına səbəb olmur.

Adətən, qış aylarında bəzi virus infeksiyaları mədə-bağırsaq əlamətləri ilə müşayiət olunur. Bunlara uşaqlarda qrip, adenovirus infeksiyası, həmçinin rotavirus və digər virusları aid etmək olar. Bu infeksiyalar zamanı risk qrupuna daxil olan şəxslər dərhal həkimə müraciət etməlidirlər. Qrip zamanı hərarətin üç gündən artıq davam etməsi normal immunitetə malik şəxslər üçün həkimə müraciət etməyə əsas verən siqnaldır. Rotavirus infeksiyasına yoluxmuş uşaqlar isə mütləq həkim məsləhəti almalıdırlar".скачать dle 11.3
Mojo.az Banner