Mojo.az Banner
14:10 Sosial yardımların veriləcəyi tarix məlum oldu  |     14:02 Elektron sənəd qəbulunun müddəti uzadıldı  |     13:56 Daşkəsəndə iri qaya parçaları yolu bağladı  |     13:50 Məktəbli forması ilə bağlı səs yazısı yayıldı: Təhsil İdarəsi açıqlama verdi  |     13:42 50 yaşdan sonra hansı qidaları azaltmaq lazımdır - 6 məhsul qrupu açıqlandı  |     13:34 Mais Nəsirov departament rəhbəri təyin edildi  |     13:26 Yaxın günlərdə temperatur 41 dərəcəyə çatacaq - AÇIQLAMA  |     13:23 Metroda yeni qatarların sayı niyə azalıb? - SƏBƏB AÇIQLANDI  |     13:14 Şəmkirdə 6 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanıldı  |     13:09 Yeni ailə quran gənclərə birdəfəlik yardımların verilməsi təklif olunur  |     13:01 Paşinyan Rusiyadakı səfiri geri çağıracaq  |     12:56 Laçında məskunlaşan ailələrin sayı açıqlandı  |     12:50 Yeni Klinikadakı işindən “Green Card” udduğuna görə çıxıbmış  |     12:45 Bu şəxslərin pensiyası yenidən artacaq  |     12:38 Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib  |     12:32 İslam Maxaçev döyüşlərdən kənarlaşdırıldı  |     12:27 Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO  |     12:19 Bakıda ov tüfəngindən atəş açıldı - Yaralanan var  |     12:14 "Maşa və Ayı" bu ölkədə qadağan edildi  |     12:06 Agentlik 20 qəpiyə görə "Buta" apteklər şəbəkəsini 4 min manat cərimələdi  |    
Left Banner
Right Banner

Bakıda sevgilisinin evindən 7400 manat oğurlayan qadın həbs olundu

03.02.2026 19:26 378
Bakıda sevgilisinin evindən 7400 manat oğurlayan qadın həbs olundu
Bakıda qadın sevgilisinin evini qarət edib.

Hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib.

2002-ci il təvəllüdlü Aysel Ağacanova (ad və soyad şərtidir) Bakıda Şakir adlı şəxslə tanış olub. Bir müddətdən sonra Şakirlə Aysel arasında sevgi münasibəti yaranıb və onlar mütəmadi olaraq Şakirin evində görüşüblər.

Növbəti dəfə Aysel Şakirin evində onunla görüşərkən, ev sahibinin pulu saxladığı yeri müəyyən edib. Daha sonra Aysel evi qarət etmək qərarına gəlib. O, bu məqsədlə Şakirin evdən çıxarkən açarı gizlətdiyi yeri də müəyyən edib.

Bir gün Şakir evdən çıxıb işə gedəndən sonra Aysel onun yaşadığı evə gələrək mənzilə daxil olub. O, mənzildən 7 400 manat, samovar və digər usta alətlərini götürərək qapını açarla bağlayıb və hadisə yerindən uzaqlaşıb.

Şakirin şikayəti əsasında Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyatla hadisədə şübhəli bilinən Aysel saxlanılıb. O, hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Aysel Ağacanova 2 il azadlıqdan məhrum edilib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner