Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Avropada iş vədi ilə 160 mindən çox pul mənimsəyən şirkət rəhbərlərinin MƏHKƏMƏSİ

03.02.2026 20:17 483
Avropada iş vədi ilə 160 mindən çox pul mənimsəyən şirkət rəhbərlərinin MƏHKƏMƏSİ
Bu gün Bakı Ağır Cinayətkər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Bakıda fəaliyyət göstərən "Recent Group" MMC və "Area Alfa Group" MMC-nin rəhbərləri Sevinc Aslanova və Kamil Curayevin cinayət işi üzrə növbəti məhkəmə baxış iclası keçirilib.

Məhkəmə iclasında zərərçəkənlərin ifadələri dinlənilib.
Təqsirləndirilən Sevinc Aslanova tərəfindən aldadıldığını deyən zərərçəkənlər ifadələrində bildiriblər ki, "Avropada iş" elanını sosial şəbəkələrdə görüblər. Daha sonra sövdələşmə imzalamaqla yanaşı müxtəlif məbləğlərdə pul ödəyiblər.Bundan sonra onlara şengen dövlətlərindən iş dəvətlərinin gələcəyinə söz verilsə də buna əməl edilməyib və ödənilən məbləğlər də geri qaytarılmayıb.

Məhkəmə tərkibi prosesi qeyri- müəyyən vaxta təxirə salındığını bildirib.
İstintaqla müəyyən edilib ki, "Recent Group" MMC-nin direktoru Sevinc Aslanova və "Area Alfa Group" MMC-nin direktoru Kamil Curayev ayrı-ayrı şəxslərdən müxtəlif Avropa ölkələrində işə düzəlmələrinə, həmçinin iş vizasının alınmasına kömək edəcəklərini vəd edərək dələduzluq yolu ilə aldıqları pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etmələri və etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda özgə əmlakını təkrarən ələ keçirməsi ilə bağlı kifayət qədər dəlillər toplanılıb.

2024-cü il mayın 15-də Kamil Curayev Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsə də, o, istintaq orqanlarından yayınmaqla çağırışlara gəlməkdən boyun qaçırdığına görə barəsində axtarış elan edilib. Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılaraq istintaqa təhvil verilib.

Digər təqsirləndirilən Sevinc Aslanova barəsində isə Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Araşdırmalarla müəyyən edilib ki, "Recent Group" MMC-nin direktoru Sevinc Aslanova yaxın münasibətdə olduğu "Area Alfa Group" MMC-nin direktoru Kamil Curayev ilə əlbir olaraq paytaxtla yanaşı bir çox bölgələrdən olan müxtəlif vətəndaşları, onları Avropa ilə yanaşı dünyanın bir çox digər ölkələrində yüksək maaş vədi ilə aldadaraq bunun müqabilində onların külli miqdarda pulunu mənimsəyiblər. Onların vətəndaşlara vəd etdikləri mövsümi xarakterli işlərlə yanaşı müxtəlif peşə əsaslı işlərin isə əslində heç bir hüquqi əsası olmayaraq saxta müqavilələr əsasında tərtib olunubmuş.

Aldadılan vətəndaşlara işləmək üçün vəd edilən ölkələr isə əsasən Hollandiya, Slovakiya, İngiltərə, Polşa, Rumıniya və digər Şengen ərazilərinə daxil olan ölkələr olub. Sevinc Aslanova Kamil Curayev ilə qabaqcadan əlbir olaraq qrup halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə 130 nəfərin 161550 manatını mənimsəyiblər. Hər iki şəxslə bağlı toplanmış materiallar üzrə ittiham elan edilmiş, barələrində həbs və polisin nəzarəti altında qətimkan tədbiri seçilib.
//lent.az

Son xəbərlər