İlham Əliyev: “İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirirlər” » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:40 Ramiz Mehdiyevin qızı Ali Məhkəməyə üz tutdu  |     13:10 Azərbaycanda orta məktəbdə bıçaqlanma - 11-ci sinif şagirdi HƏBS EDİLDİ  |     13:09 "Baytarlıq haqqında" Qanuna dəyişiklik edildi  |     13:07 AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub  |     13:05 Leyla və Arzu Əliyevalar həssas əhali qrupundan olan şəxslərə baş çəkiblər - FOTO  |     12:57 Faşizm üzərində qələbədən 80 il ötür  |     12:55 Alyona Əliyeva 9 May münasibətilə paylaşım edib - FOTO  |     12:35 Olimpiya mükafatçısı Fransada faciəli şəkildə həlak oldu  |     12:31 Alkoqol hansı dozada içildikdə sağlamlıq üçün təhlükə yaratmır? - Rusiyalı həkim miqdarı açıqladı  |     12:30 Sakinlər qorxu içində: Binanın üzlük daşları hər an faciəyə səbəb ola bilər - VİDEO  |     12:23 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR - VİDEO  |     12:20 Sovet kosmik obyekti Yerə çırpılacaq: Azərbaycan üçün təhlükə varmı? - VİDEO  |     12:15 "BakıKart"da yaranan problem aradan qaldırıldı - YENİLƏNİB  |     12:02 Bakıda qəbiristanlıqda QARA BAZAR: Köhnə və kimsəsiz qəbirlər dağıdılır - Molla isə maklerlik edir (VİDEO)  |     11:58 DİN: "Vətəndaşların bank kartlarından oğurluqlar davam edir"  |     23:01 "8-ci kilometr" bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı  |     22:55 Bakının bu ərazisində evlər söküləcək  |     22:43 Bu klublara avrokuboklar və Premyer Liqada iştirak üçüm lisenziya verildi  |     22:37 Papa seçimi: Bağlı qapılar arxasında inanılmaz detallar - Bu qidalar niyə qadağandır?  |     22:31 Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş  |    

İlham Əliyev: “İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirirlər”

“Əminəm ki, bu səfər (İraq Prezidentinin rəsmi səfəri - red.) ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib.

Təkbətək və nümayəndə heyətləri ilə görüşlərdə ikitərəfli gündəliyimizin bir çox məsələlərinin müzakirə olunduğunu vurğulayan dövlətimizin başçısı bildirib:

“Faktiki olaraq gələcək əməkdaşlığımız üçün əsas istiqamətləri müəyyənləşdirdik. Biz, sözsüz ki, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirirlər. Biz BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 130 20.11.23 17:48