Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.
Median.Az-ın report-a istinadən məlumatına görə, açılış oyununda ölkə kubokunun qalibi "Qəbələ" ötən mövsümü son pillədə bitirmiş "Keşlə"ni qəbul edib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:0.
Hesabı artıq 10-cu dəqiqədə "Keşlə"nin kapitanı Slavik Alxasov açıb. 39-cu dəqiqədə Tural Bayramlı fərqi artırıb. 45+1-ci və 90+1-ci dəqiqələrdə isə yeni transfer Lorenzo Frutos "dubl" edərək yekun nəticəni müəyyənləşdirib.
Bununla da ardıcıl ikinci səfər qələbəsinə imza atan "Keşlə" 6 xalla "Səbail" və "Qarabağ"ın liderliyinə şərik olub. Dalbadal 3-cü "quru" məğlubiyyətlə üzləşən xalsız "Qəbələ" isə sonuncu pillədə qalıb.