ABŞ-ın Sent Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild Kubokunda IV turun görüşləri baş tutub.
Bu turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.
"Şah"ın norveçli qrossmeysterlə görüşü heç-heçə başa çatıb.
Hazırda Şəhriyar Məmmədyarovun aktivində iki xal var və III-X yerlərdə qərarlaşıb. Turnir cədvəlinə 2,5 xalla ABŞ təmsilçisi Fabiano Karuana ilə hindistanlı Vişvanatan Anand başçılıq edirlər.