Makqreqoru müştəriyə hücum etdiyi bara buraxmırlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Xəzər sahillərində 18-ci əsrə aid gəmi tapıldı  |     22:46 Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması qanunidir?  |     22:28 11 ayda 9 milyon manatlıq dərman istehsal edilib  |     22:12 Ağdamda ağır xəstə özünü öldürdü  |     21:55 Pakistanda bombalı hücum: Çox sayda ölü və yaralı var  |     21:38 2024-cü ilin ən populyar mahnısı (VİDEO)  |     21:27 Tarix müəyyən edildi: Dəməşq Beynəlxalq Hava Limanı açılır  |     21:05 "Terrorçuların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur"  |     20:43 Süni intellekt onların biznesini zəiflətdi - "Getty Images" və "Shutterstock" birləşəcəkmi?  |     20:29 Azərbaycan klubu amerikalı voleybolçu transfer edib  |     20:15 Müəllimlərə şad xəbər - maaşlar artırıla bilər  |     20:01 Bakıda bəzi yollarda sıxlıq müşahidə edilir - SIYAHI  |     19:33 Bakı-Balakən-Bakı marşrutu üzrə minimum qiymətlər açıqlandı  |     19:19 Bayden Messini ABŞ Prezidentinin "Azadlıq" medalı ilə təltif edəcək  |     18:57 Fransa klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb  |     18:37 Yararsız avtobusları xəttə kim buraxır? (AÇIQLAMA)  |     18:19 Goranboyda iki ədəd “Kalaşnikov” tapıldı  |     18:05 Dünyanın ən yaşlı insanı vəfat etdi  |     17:45 Metronun "Xətai" stansiyasındakı insident araşdırılır: Polisə müraciət edilib - VİDEO  |     17:31 Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib  |    

Makqreqoru müştəriyə hücum etdiyi bara buraxmırlar

Qarışıq idman növləri (MMA) üzrə döyüşçü, irlandiyalı Konor Makqreqorun Dublində bar müştərilərindən birinə hücumu ilə bağlı hadisənin təfərrüatı məlum olub.

Bu barədə "The Irish Sun" yazır.

Məlumata əsasən, 30 yaşlı idmançı həbs olunmayıb. Zərərçəkən isə məhkəməyə müraciət edib. İndi Makqreqor törətdiyi əmələ görə məhkəmə qarşısında cavab verməli olacaq.

Nəşrin bildirdiyinə görə, hazırda Makqreqoru onun "Proper Twelve" viskisini içmək istəməyən müştəriyə hücum etdiyi bara buraxmırlar. Barın daimi müştəriləri idmançının bu hərəkətini pisləyir, iyrənc adlandırırlar.

Makqreqorun müştəriyə hücumunun görüntüləri 15 avqust tarixində internetdə dərc olunub. Hadisənin özü isə apreldə baş verib.

Xatırladaq ki, mart ayında idmançı onun şəklini çəkməyə çalışan fanatın telefonunu sındırıb. Tərəflər məsələni məhkəmədən kənar həll edə biliblər.

Qeyd edək ki, Makqreqor iki fərqli çəki kateqoriyasında UFC çempionudur. O, 21 dəfə qələbə çalıb, dörd dəfə məğlub olub. 2018-ci ilin oktyabrında baş tutmuş son döyüşdə o, Rusiya döyüşçüsü Həbib Nurməhəmmədova uduzub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 761 16.08.19 17:09