“Neftçi” UEFA Avropa Liqasında mübarizəsini dayandırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Stresslə mübarizədə ən təsirli olan beş idman növü (SİYAHI)  |     22:50 Dünyada ilk dəfə: Süni ürəklə 100 gündən çox yaşayan xəstə evə buraxıldı  |     22:44 1.6 milyon borcu olan sahibkarın ölkədən çıxışı məhdudlaşdırıldı  |     22:36 Bu tarixdən yaxın qohumlar arasında nikah qadağan olunur (RƏSMİ)  |     22:30 "Novruz" bayramında Azərbaycan otellərində qiymətlər (SİYAHI)  |     22:24 Ukraynada hərbi vəziyyət yalnız müharibə başa çatdıqdan sonra ləğv ediləcək  |     22:18 Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edilib  |     22:13 MN-nin iki milyon manatdan çox mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxsinə hökm oxunub  |     22:06 Oğuzda avtomobil qaz xəttinə çırpılıb, iki kənddə qazın verilişi dayandırılıb  |     22:01 Azərbaycan və İran XİN başçıları regional məsələləri müzakirə edib  |     21:54 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:48 Qadın minatəmizləyən: Bir qarabağlı kimi torpaqlarımızın bizə ehtiyacı olduğunu düşündüm  |     21:44 Sumqayıtda avtomobil yanıb  |     21:35 Azərbaycan klublarında çıxış etmiş futbolçu vəfat edib  |     21:30 "Oleq Bakinski"nin məhkəməsində Füzuli Musayevin ifadəsi elan olunub  |     21:23 Əfv Komissiyasının iclası olub, baxılan müraciətlərin sayı 400-ü keçib  |     21:17 Təbiətə 381 min manatlıq ziyan vurulması ilə bağlı materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək  |     21:10 Bakı Tekstil Fabrikinə məxsus sexin fəaliyyəti dayandırılıb - VİDEO  |     21:05 HHQ-nin helikopterləri şərti hava kəşfiyyatı aparıblar - VİDEO  |     20:59 Yeniyetmə cüdoçular arasında ACF Kuboku keçiriləcək  |    

“Neftçi” UEFA Avropa Liqasında mübarizəsini dayandırıb

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Bney Yehuda” - “Neftçi” oyunu başa çatıb.

Median.Az
xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində yeganə qolun müəllifi 90-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Emin Mahmudov olub.

Beləliklə, “Neftçi” iki oyunun nəticəsinə əsasən UEFA Avropa Liqasında mübarizəsini dayandırıb.

“Bney Yehuda” klubu play-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin qalibi ilə qarşılaşacaq.

***

Avropa Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu

21:00. "Bney Yehuda" (İsrail) - "Neftçi" - 2:0 (İkinci hissə)
Qollar: Don Jan, 14, Tamqi Saqas, 66
Hakimlər: Daniele Doveri, Alessandro Kostantso, Alessio Tolfo, Fabritsio Paskua
İlk oyun - 2:2

***

Avropa Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu

21:00. "Bney Yehuda" (İsrail) - "Neftçi" - 1:0 (Birinci hissə)
Qol: Don Jan, 14
Hakimlər: Daniele Doveri, Alessandro Kostantso, Alessio Tolfo, Fabritsio Paskua
İlk oyun - 2:2

***

"Neftçi" Avropa Liqasının üçüncü təsnifat mərhələsində bu gün cavab oyununa çıxıb.

Median.Az
qol.az-a istinadən xəbər verir ki, Roberto Bordinin komandası səfərdə İsrailin "Bney Yehuda" klubu ilə qarşılaşır. Petak Tikvadakı "Ha Moshava" stadionunda keçirilən matç Bakı vaxtı ilə saat 21:00-da başlayıb. Bu komandalar arasında ölkəmizdəki görüşdə bərabərlik qeydə alınıb - 2:2. "Neftçi" səfərdə sərfəli nəticə ilə növbəti mərhələyə yüksəlməyə çalışacaq.
Qeyd edək ki, "Neftçi" "Bney Yehuda" səddini keçəcəyi halda, pley-off-da "Malmö" (İsveç) - "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyunda İsveç təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

16 avqust

Avropa Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu

21:00. "Bney Yehuda" (İsrail) - "Neftçi" - 0:0 (Birinci hissə)
Hakimlər: Daniele Doveri, Alessandro Kostantso, Alessio Tolfo, Fabritsio Paskua
İlk oyun - 2:2скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 496 15.08.19 23:10