Baş məşqçi: Onun çiyni medal qazanmağına imkan vermədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:11 Skuterlə qayda pozanlar CƏRİMƏLƏNİRLƏR? - BDYPİ-dən AÇIQLAMA  |     16:06 Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyi ehtimalını qiymətləndirdi  |     16:02 "Telegram"da iki funksiya silindi  |     16:00 Süd vəzi xərçəngi ilə kəpək arasında əlaqə tapıldı  |     14:50 "Manatlıq taksi" istifadəçiləri yollarda qaldılar: "Evimizə necə tez gedək?" - VİDEO  |     14:49 Çindən Azərbaycana gətirilən avtomobillər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO  |     14:16 Metronun "28 May" stansiyasının qarşısındakı təmir işləri nə vaxt yekunlaşacaq? - VİDEO  |     14:05 Bakıda beşotaqlı ev yandı  |     14:02 Polkovnik Samir Həziyev barədə yeni qərar  |     13:52 Salyanda qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb  |     13:19 Azərbaycanda qalmaqallı bələdiyyənin möhürü yoxa çıxdı  |     13:14 Paris-2024: Dürsədəf Kərimova məğlub olub  |     22:57 İran Prezidentinin ilk mətbuat konfransının tarixi açıqlanıb  |     22:52 Azərbaycan Su Ehtiyatları Agentliyində yeni təyinat olub  |     22:43 Şirvanda şəhidin oğlu özünü asıb - FOTO  |     22:35 Antiterror əməliyyatının indiyədək açıqlanmayan DETALLARI  |     22:23 MN antiterror əməliyyatından görüntülər yaydı - VİDEO  |     22:11 Özbaşına ağrıkəsici qəbulu bu fəsadlara səbəb ola bilər - Xəbərdarlıq  |     22:00 Yol qəzası Mərdəkan şosesi istiqamətində sıxlığa səbəb olub  |     21:51 Salyanda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var  |    

Baş məşqçi: Onun çiyni medal qazanmağına imkan vermədi

Bildiyiniz kimi, II Avropa Oyunlarına yeddi idmançı ilə – altı kişi və bir qadın samboçu ilə qatılmışdıq. Yarışı üç medalla başa vurduq. Düzdür, istəyirdik ki, biz də vətənimizə bir qızıl medal qazandıraq, amma alınmadı.

Fikrimcə, medallarımız artıq da ola bilərdi. Məsələn, 62 kq-da Cavidan Qarayev medal qazana, hətta finala da çıxa bilərdi. Ondan bunu gözləyirdik. Ancaq birinci görüşdə çiynindən zədə alması və rəqibinin güclü olması buna imkan vermədi. Ümumilikdə, nəticələri qənaətbəxş adlandırardım.

Bunu Oxu.Az-a açıqlamasında sambo millimizin baş məşqçisi Bəxtiyar Hacıyev deyib.

O bildirib ki, II Avropa Oyunlarında qazanılan bir gümüş və iki bürünc medalı qızıla çevirmək zamanı artıq gəlib:

“Hər dəfə qızıl medal ala bilməməyimizi bəxtsizliklə əlaqələndirərdim. Çünki ötən il dünya çempionatının finalında Emil Həsənovun görüşün başa çatmasına 13 saniyə qalmış hakimdən xəbərdarlıq alaraq uduzdurulması yaddan çıxmayıb. Əgər belə olmasaydı, Emil indi dünya çempionu idi. İnşallah, çalışacağıq ki, biz bu nəticələrimizi qızıl medala çevirək.

Bizi noyabrda Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək dünya çempionatı gözləyir. Bir ay sonra keçiriləcək Azərbaycan çempionatından sonra oraya gedəcək idmançılarımızı müəyyənləşdirəcəyik.

Oraya qız idmançımızın getməsi isə sual altındadır. Çünki Gözəl Zutovanın Avropa Oyunlarındakı güləşi qənaətbəxş olmadı. Ona görə də bu barədə fikirləşəcəyik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 847 24.06.19 18:18