İngiltərənin "Arsenal" klubunun nümayəndə heyəti Avropa Liqasının final oyununda "Çelsi" ilə qarşılaşmaq üçün Bakıya gəlib.
Median.Az report-a istinadən xəbər verir ki, komanda Azərbaycan paytaxtına 24 futbolçu ilə gəlib və matç günü iştirak ərizəsinə 23 oyunçunun adı daxil ediləcək.
"Arsenal"ın heyəti: Obameyanq, Çex, Əl-Nenni, Genduzi, İvobi, Cenkinson, Kolaşinats, Kosyelni, Lyakazett, Leno, Lixtştayner, Meytlend-Naylz, Monreal, Mustafi, Nketia, Özil, Papastatopulos, Torreyra, Uillok, Caka, Uelbek, Saka, Amayeçi, İliyev.
"Çelsi" – "Arsenal" matçı mayın 29-da Bakı vaxtı ilə 23:00-da başlayacaq.