Avroliqanın final oyunu ilə əlaqədar dəmir yolunda tədbirlər planı hazırlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:41 Evdəki bu əşyalara DİQQƏT - Ən çox yanğın təhlükəsi olan cihazlar açıqlandı  |     13:29 COP29 zamanı bağçalar işləyəcək? - Nazir cavab verdi  |     13:23 Biləsuvarda qazıntı işi zamanı qaz xətti zədələnib, iki kənd mavi yanacaqsız qalıb  |     13:22 Xüsusi təyinatlılarımızın Qazaxıstandakı təlimindən GÖRÜNTÜLƏR (VİDEO)  |     13:20 Füzuli peşə məktəbinin sabiq direktoru məhkəmə zalında həbs edildi  |     13:17 Bakı-Şamaxı yolunda hərəkət iki ay müddətinə qismən məhdudlaşdırılacaq  |     13:15 Bakıda Beynəlxalq Gənclər Forumu keçirilir  |     13:15 Sentyabrın 11-də hava durumu necə olacaq?  |     13:13 Bacı və qardaş bank kartından oğurluğa görə tutulublar  |     13:07 Rus bölməsinin şagirdləri tariximizi Azərbaycan dilində öyrənəcəklər - Emin Əmrullayevdən AÇIQLAMA  |     13:05 Paşinyan: "Sülh müqaviləsinin razılaşdırılmış bəndlərini imzalamağı təklif edirik"  |     13:03 Bu gün ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi keçiriləcək  |     12:50 Bakıda gecə baş verən silahlı insidentin ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO (YENİLƏNİB)  |     12:42 Arvadını öldürmək istəyən şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi  |     12:38 "Google" Rusiya nömrələri ilə hesabların qeydiyyatını qadağan etdi  |     12:37 Avstriyada Motsartın əsəri tapıldı  |     12:35 Bakıda sürücü sükan arxasında infarkt keçirib maşını səkiyə çırpdı: Ölən var  |     12:31 Xanların izi ilə: "Euronews" Naxçıvan haqqında proqram yayımladı - VİDEO  |     12:23 ADY-nin qatarlarına skuter və velosipedlə girmək olar?  |     12:20 Bakıda avtobus piyadanı vuraraq öldürüb  |    

Avroliqanın final oyunu ilə əlaqədar dəmir yolunda tədbirlər planı hazırlanıb

2019-cu il 29 may tarixində Bakı şəhərində keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar olaraq, tədbirin keçirildiyi müddətdə dəmir yolu nəqliyyatı üzrə hərəkətin təşkilini tənzimləmək məqsədilə "Azərbaycan Dəmir Yollan" Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müvafiq əmri ilə tədbirlər planı hazırlanıb.

"Azərbaycan Dəmir Yollan" Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, tədbirlər planına əsasən, 29 may 2019-cu il tarixində Bakı şəhərində UEFA Avropa Liqasının final oyununun keçirilməsi ilə əlaqədar, oyun üçün akkreditasiyadan keçmiş şəxslərin 25-28 may 2019-cu il tarixlərində gün ərzində, bilet (dəvətnamə) sahibi olan şəxslərin, habelə oyun üçün akkreditasiyadan keçmiş şəxslərin və digər aidiyyəti qonaqların 29 may 2019-cu il tarixində final oyunu başlamazdan əvvəl saat 18:00-dan 23:00-dək, 30 may 2019-cu il tarixində isə oyun bitəndən sonra saat 01:00-dan 04:00-dək "Stadler Kiss" markalı elektrik qatarları ilə Bakı sərnişin stansiyası və "Koroğlu" dayanacağı, eyni zamanda Bakı-Sumqayıt arasında ödənişsiz daşınması təmin ediləcək.

Eyni zamanda, həmin oyunu izləmək üçün futbol həvəskarlarının və digər aidiyyəti qonaqların Gürcüstandan Bakıya və geriyə daşınmasını həyata keçirmək üçün, 28.05.2019 - cu il tarixində saat 22:35-də Tbilisidən Bakıya və 30.05.2019-cu il tarixində saat 08:00-da Bakıdan Tbilisiyə əlavə sərnişin qatarı təyin ediləcək.

Qeyd edilən əlavə qataraların təyin edilməsi ilə əlaqədar Bakıdan 27.05.2019-cu ildə, geriyə Qazaxdan 28.05.2019-cu ildə hər iki istiqamətdə 98/97 saylı Bakı-Qazax-Bakı qatarı bir reysə ləğv edilir.

Bakıdan 29.05.2019-cu il tarixdə, bir istiqamətdə 98 nömrəli Bakı-Qazax qatarının hərəkəti bir istiqamətdə ləğv edilir.

Eyni zamanda Bakıdan 30.05.2019-cu il, geriyə Astaradan 31.05.2019-cu il tarixində bir reysə 660/659 nömrəli Bakı-Astara-Bakı qatarı ləğv edilir.//Baku.wsскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 702 22.05.19 21:18