Qətər FIFA-ya rüşvət verib? - QALMAQAL » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:31 Bakının nəqliyyat sisteminin üzləşdiyi çağırışlar açıqlanıb  |     19:17 Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları formalaşdırılacaq  |     19:07 Pensiya alanlara VACİB XƏBƏR - Yanvar ayının ödənişləri…  |     18:53 Bakıda çoxmərtəbəli yaşayış binası YANIR  |     18:36 Qırmızı dənizdə yük gəmisində partlayış baş verib  |     18:25 Bakının hansı küçələrində sıxlıq var?  |     18:16 Azərbaycan "Avroviziya 2025"də bu sırada çıxış edəcək  |     18:09 Dövlət Neft Fondunun aktivləri 60 milyard dolları keçib  |     18:01 Sabunçuda binada iki nəfərin öldüyü partlayışa görə təqsirləndirilən mənzil sahibinə hökm oxunub  |     17:53 Pasiyentin açıq ürək əməliyyatı zamanı insult keçirməsinə həkim səhlənkarlığı səbəb olub? (YENİLƏNİB)  |     17:37 Hindistanda sirli epidemiya: Naməlum xəstəliyə yoluxanların yarısı ölüb  |     17:35 Gözəllik salonlarında tibbi kosmetoloji xidmət göstərmək qadağan olundu - Rəsmi XƏBƏRDARLIQ  |     17:22 Vilyam Hacıyevin oğlu arvadı ilə "Range Rover"i bölə bilmir  |     17:12 Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılır  |     17:12 Qanunsuz miqrantların saxlanılması mərkəzlərindəki şəxslərin azad edilməsi qaydaları müəyyənləşib  |     17:03 Göyçayda limonad emalı müəssisəsində nöqsanlar aşkarlanıb  |     16:37 Bakıda polisə silahlı müqavimət göstərən şəxs ZƏRƏRSİZLƏŞDİRİLDİ, xəstəxanaya yerləşdirildi  |     15:56 Estetik əməliyyat zamanı "TikTok"da canlı yayım açan tibbi personal CƏZALANDIRILDI  |     15:47 Şəxsiyyət vəsiqələrinin vaxtı keçmiş seçicilər də səs verə biləcək  |     15:40 Lənkəranda sərnişin avtobusu aşdı: Yaralananların sayı 20-ni keçdi (YENİLƏNİB)  |    

Qətər FIFA-ya rüşvət verib? - QALMAQAL

Qətər rəhbərliyinin FIFA ilə bağladığı 880 milyon dollarlıq (məcmu məbləğ – red.) müqavilələr onun 2022-ci ildə dünya çempionatına ev sahibliyi haqqı qazanması üçün “rüşvət” sayıla bilər.

Bu barədə “The Times” redaksiyaya daxil olan sənədlərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, “2022-ci il dünya çempionatı ev sahibi”nin seçilməsinə üç həftə qalmış Qətərin “Əl Cəzirə” media-yayım şirkəti FIFA ilə 400 milyon dollarlıq müqavilə bağlayıb.

Müqavilədə Yaxın Şərq və Şimali Afrika ölkələrində keçiriləcək futbol matçlarının səkkiz il müddətinə yayım hüququ (2015-ci ildən başlayaraq – red.), həmçinin, Qətərin zəfər çalacağı təqdirdə dünya futbol təşkilatına 100 milyon dollar həcmində mükafat nəzərdə tutulur.

480 milyon dollarlıq müqavilə isə üç il sonra FIFA və “Əl Cəzirə”nin törəmə şirkəti olan “BeIN” arasında bağlanıb. Həmin vaxt Maykl Qarsiyanın başçılıq etdiyi komissiya ali futbol qurumunda korrupsiya hallarını araşdırırdı. M.Qarsiya sövdələşmə barədə hesabatın tam versiyasının dərc olunmasını tələb etsə də, FIFA bundan imtina etmişdi.

Qeyd edək ki, “Əl-Cəzirə” media və yayım şirkəti Qətər şeyxi Həməd bin Xəlifə Al Taniyə məxsusdur.

Bundan əvvəl də Qətərin ev sahibliyi ilə bağlı müxtəlif iddialar irəli sürülmüş və korrupsiya istintaqı başlanılmışdı. Ancaq iki il davam edən araşdırmadan sonra FIFA işə xitam vermişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 683 11.03.19 11:58