Bakının nəqliyyat sisteminin üzləşdiyi çağırışlar açıqlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib  |     22:48 Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb  |     22:41 Qobustanda kişi tövlədə özünü ASDI  |     22:34 Xalq artisti Fatma Mahmudova insult keçirib  |     22:20 Fərid Qayıbov Samir Şərifovun müavini oldu  |     21:57 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb  |     21:53 AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib  |     21:10 İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır  |     21:10 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     20:46 Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi  |     20:17 Fatma Mahmudova xəstəxanaya YERLƏŞDİRİLDİ  |     19:55 Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA  |     19:44 Ukraynaya 12-ci hərbi yardım paketi ayrılacaq  |     19:31 Bakıda 75 yaşlı kişiyə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:19 Universitet müəllimi vəfat etdi  |     19:10 Fransada "Binance"a qarşı çirkli pulların yuyulması iddiası qaldırıldı  |     19:09 “Alibaba” “DeepSeek”ə qarşı süni intellekt modelinin yeni versiyasını təqdim edib  |     19:08 Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb  |     19:07 Qırğızıstanda ilk ekoloji təmiz şəhər inşa ediləcək  |     19:05 709 azərbaycanlı qeyri-qanuni miqrant ABŞ-dən deportasiya olunacaq  |    

Bakının nəqliyyat sisteminin üzləşdiyi çağırışlar açıqlanıb

Dünyanın bütün iri şəhərlərində olduğu kimi, iqtisadi və demoqrafik artım fonunda Bakının nəqliyyat sistemi də bir sıra ciddi çağırışlarla üz-üzədir.

Report
xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Nazir qeyd edib ki, bu çağırışlara cavab olaraq dünya şəhərləri “avtomobil mərkəzli şəhər” yanaşmasından “insan yönümlü” yanaşmaya keçid edir: "Bununla belə, bu keçid yalnız dövlət tənzimlənməsindən asılı deyil. Şəhər sakinlərinin nəqliyyat davranışlarının dəyişməsi də mühüm əhəmiyyət daşıyır. Uzun müddət müəyyən nəqliyyat növlərinə fokuslanmış vərdişlərin dəyişməsi zaman tələb edir. Lakin şəhərin nəqliyyat sisteminə olan tələb və təklifin proaktiv idarə edilməsi bu prosesi sürətləndirə bilər.

Bunun üçün bir neçə əsas addımın atılması vacibdir. Bir tərəfdən, nəqliyyat sistemində yetərli təklif təmin edilməlidir: küçə və yol infrastrukturu optimallaşdırılmalı, avtobusların sayı artırılmalı, dəmir yolu və metro xətləri genişləndirilməlidir. Digər tərəfdən, dövlət tənzimləməsi vasitəsilə parklanma tariflərinin tətbiqi, avtobus zolaqlarının pozulmasına görə cərimələrin sərtləşdirilməsi və tələbin idarə edilməsinə yönələn digər tədbirlər yeni nəqliyyat vərdişlərinin formalaşmasına şərait yarada bilər".

R. Nəbiyev hesab edir ki, mikromobillik (skuterlər və velosipedlər) üçün uyğun infrastrukturun olmaması onların təhlükəli nəqliyyat vasitəsi kimi qavranılmasına və bu sahədə vərdişlərin yaranmamasına səbəb olur: "Halbuki aparılan tədqiqatlar göstərir ki, velosipedlə edilən hər 9 milyon səfərdən yalnız biri ölümlə nəticələnir. Bu isə mikromobillik üçün şərait yaradılmasının nəqliyyat sisteminin təhlükəsizlik və səmərəliliyini artıracağını bir daha təsdiqləyir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            153 28.01.25 19:31