Bu mövsüm La Liqada çempionluq mübarizəsində "Barselona"dan geri qalan, "Kral Kuboku"nda əzəli rəqibinə uduzan "Real" baş məşqçi dəyişikliyinə hazırlaşır.
Median.Az fanat.az-a istinadən xəbər verir ki, "Kral Klubu" Joze Mourinyonu geri qaytarmağa hazırlaşır. Bu iddia ilə klubun sabiq prezidenti Roman Kalderon çıxış edib.
"Real" azarkeşləri ilə söhbət edən sabiq klub rəhbəri gələn mövsüm Mourinyonun komandanı çalışdıracağını bildirib: "Real"ın gələn mövsüm baş məşqçisi 90 faiz Mourinyo olacaq. Florentina Peresin ən çox hörmət etdiyi müxətəssis məhz odu".
Roman Kalderon bildirib ki, Mourinyo artıq "Real" rəhbərliyi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2010-2013-cü illərdə "Real"a başçılıq edib. Komanda onun rəhbərliyi altında La Liqanın, "Kral Kuboku"nun və İspaniya Super Kubokunun qalibi olub.