Mojo.az Banner
15:05 Ermənistanın reytinqi Azərbaycanla sülh razılaşması sayəsində yüksəldi  |     14:55 Bu hallarda hərbi vəzifəlilərin maaşları saxlanılacaq  |     14:35 KİV: Ramzan Kadırovun oğlu Qroznıda baş verən ağır qəzadan sonra Moskvaya aparılıb (FOTO)  |     14:32 10 yaşlı Sərxanı xilas edən polkovnik-leytenant Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş (FOTO)  |     14:26 Kamçatkada güclü zəlzələ oldu  |     14:25 "Kəpəz" "Karvan-Yevlax"la qarşılaşacaq  |     14:24 Azərbaycan nefti bahalaşıb  |     14:23 Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT: "Daha təhlükəsiz marşrutlar üzrə hərəkət edilməlidir"  |     14:22 Venesuela hadisələri zamanı ölənlərin sayı açıqlandı  |     14:21 Zaqatalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib  |     14:03 Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz  |     13:35 Estetik əməliyyat etdirən qadının nitqində problem yarandı - İDDİA (Video)  |     13:32 Pakistanda polis bölməsinə hücum edən silahlı dəstə zərərsizləşdirilib  |     13:17 Bakı metrosunda ÖLÜM  |     13:15 "Moody's": Azərbaycan-Ermənistan sülh razılaşması geosiyasi riskləri azaldır  |     13:11 Binəqədidə maşın qaçıran şəxs saxlanıldı  |     13:03 Tanınmış həkim Ədalət Rüstəm vəfat etdi  |     23:01 Bu balıq bir neçə ay oksigensiz yaşaya bilər: Bunu necə edir?  |     22:56 Bakıda mobil internetin vəziyyəti necədir?  |     22:50 Şirkətə tətbiq olunan cərimə işçidən tutula bilərmi?  |    
Left Banner
Right Banner

Azərbaycanlı şahmatçı Rusiyada bürünc medal qazanıb

01.03.2019 19:01 2 515
Azərbaycanlı şahmatçı Rusiyada bürünc medal qazanıb
Rusiyanın paytaxtı Moskvada keçirilən ənənəvi “Aeroflot Open” şahmat turnirində Azərbaycan təmsilçisi medal qazanıb.

B turnirində mübarizə aparan təmsilçimiz Məhəmməd Muradlı üçüncü yeri tutaraq bürünc medala sahib olub.

On beş yaşlı təmsilçimiz güclü şahmatçıların mübarizə apardıqları bu turnirdə 6,5 xal toplayıb.

Birinci yeri 7,5 xalla Ukrayna təmsilçisi Stanislav Boqdanoviç tutub. Gümüş medalı ermənistanlı Tiqran Harutyunyan qazanıb.

Digər şahmatçılarımızdan Vüqar Əsədli doqquzuncu, Aydın Süleymanlı 21-ci, Xanım Balacayeva 82, Read Səmədov 114-cü və Ülviyyə Fətəliyeva 115-ci olub.

Qeyd edək ki, yarışın A qrupunda mübarizə aparan Rauf Məmmədov beş xalla qırxıncı, Eltac Səfərli dörd xalla 75-ci yeri tutub. Bu qrupda qalib adını yeddi xalla estoniyalı Kaido Kulaots qazanıb. Ermənistanlı Haik Martirosyan yeddi xalla ikinci, hindistanlı Krişnan Sasikiran 6,5 xalla üçüncü yeri tutub.скачать dle 11.3