Mojo.az Banner
17:56 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     17:44 Türküstan Bəyannaməsi imzalandı  |     17:26 Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı yenilik  |     17:19 Əsgəran Silah Muzeyi yaradılır  |     17:04 Bakı-Ələt yolunda körpünün bir hissəsi ÇÖKDÜ - Video  |     16:46 164 min manatlıq dələduzluq edən qadın hakim qarşısında  |     16:34 14 nəfər imtahandan qovuldu, bir nəfər maksimum bal topladı  |     16:05 Azərbaycanda neçə qadın aliment verir?  |     16:00 Qar yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     15:52 On minlərlə məhbus cəbhədə: Rusiya həbsxanaları necə boşalır? - Yeni hesabat  |     15:35 İcra başçısı müavinini bu səbəbdən işdən çıxardı  |     15:33 Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Gələn aydan…  |     15:04 Qanunsuz balıq ovu ilə məşğul olan 48 nəfər məsuliyyətə cəlb edilib  |     14:47 Bəzi dövlət qulluqçularına verilən hədiyyələrlə bağlı YENİ TƏLƏB müəyyənləşdi  |     14:45 Paytaxtda ictimai nəqliyyat bəzi şəxslər üçün ÖDƏNİŞSİZ OLACAQ  |     13:29 Rusiya və Ukrayna 205 hərbçini dəyişdirdilər  |     13:24 Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək  |     13:19 Azərbaycanda illik inflyasiyaya təsir edən amillər açıqlandı  |     13:01 Azərbaycan nefti ucuzlaşıb  |     12:51 Azərbaycanda polkovnik vəfat etdi  |    
Left Banner
Right Banner

Üçüncü Avropa Oyunlarının Azərbaycanda keçirilməsi təklif edildi

22.01.2019 17:02 3 134
Üçüncü Avropa Oyunlarının Azərbaycanda keçirilməsi təklif edildi
Avropa Olimpiya Komitəsi (AOK) Azərbaycana III Avropa Oyunlarını keçirməyi təklif edib.

İlin sonunda AOK Azərbaycan da daxil olmaqla əlli üzvünə III Avropa Oyunlarının 2023-cü ildə keçirilməsi üçün tenderdə iştirak etməyə çağırış edən məktub göndərib.

Artıq Polşa Katovitse şəhərinin namizədliyini irəli sürüb. Polşa Olimpiya Komitəsinin vitse-prezidenti Tomaş Poreba və Katovitse merinin müavini Mariuş Skiba yanvarın 18-də AOK-un qərargahı olan İtaliyanın paytaxtı Romaya bu təkliflə gedib.

Qeyd olunub ki, bu ilin əvvəlində Qılıncoynatma üzrə Dünya Kubokuna ev sahibliyi etmiş Katovitse digər Polşa şəhəri ilə də birgə bu yarışı keçirə bilər. Həmçinin paytaxt Varşavanın cənubundan 290 km aralıda olan Katovitsenin bu il Ümumdünya Anti-Dopinq Agentliyinin prezident seçkilərinin keçiriləcəyi konfransa ev sahibliyi etməsi şəhərin əhəmiyyətini artırıb.

Həmçinin AOK-un italiyalı baş katibi Raffaele Panyotsi bildirib ki, başqa bir neçə Avropa ölkəsindən də onlara müraciət olub. AOK-un sloveniyalı prezidenti Yanez Kotsiyançiç isə yaxşı maliyyə imkanları vəd edən təkliflər aldığını bu ayın əvvəllərində qeyd edib.

Müraciət üçün son tarix isə bu ilin 28 fevralıdır. Yanvarın 25-də AOK İcraiyyə Komitəsi namizədləri müzakirə edəcək. İyunun 20-də isə təşkilatçı ölkənin adı açıqlanacaq.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda (və Mingəçevirdə) baş tutub. II Avropa Oyunları isə bu il Belarusun paytaxtı Minskdə iyunun 21-dən 30-dək keçiriləcək.
 
///oxu.azскачать dle 11.3
Mojo.az Banner