Mojo.az Banner
12:29 Borc aldığı tanışının boğazını kəsərək öldürən şəxslə bağlı qərar verildi  |     12:24 Nəriman Axundzadə "Qarabağ"dan getdi - RƏSMİ  |     12:22 Əvvəl həmkəndlisinin övladlarını oğlunun ölümündə günahlandırdı, sonra onu bıçaqladı  |     12:21 Şahin Bağırov yeni idarə rəisləri təyin etdi  |     12:19 Rusiya-Ukrayna müharibəsində döyüşən azərbaycanlı vəfat etdi - FOTO  |     12:15 Lənkəranda ahıl yaşlı şəxslərin təqaüd kartlarını talayan şəxs saxlanılıb  |     12:15 Azərbaycan nefti bahalaşıb  |     12:12 Yol polisindən əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət  |     12:11 Qazaxıstanda rus dilinin statusu dəyişdirilir  |     12:05 Əksər ərazilərə qar yağır - Faktiki hava  |     12:02 Beyləqan xəstəxanasında körpə öldü  |     12:01 Bakıda "İdrak" liseyində güllələnən müəllimin son durumu açıqlandı  |     23:00 “Turan Tovuz” “Kəpəz”ə qalib gəldi  |     22:53 Biz Azərbaycanla sülhün əldə olunmasına çox yaxınıq - Paşinyan  |     22:48 Ramiz Mehdiyevin köməkçisi həbsdə qaldı  |     22:41 Sabahdan musiqi müəllimlərinin attestasiyasına başlanır  |     22:36 Türkiyənin tanınmış futbol şərhçisinə qarşı istintaq başladıldı  |     22:30 "Bilinmir ki, qəbiristanlıq hansı qurum tərəfindən idarə olunur" - Deputat  |     22:24 Bələdiyyələrin qanunsuz torpaq sahələrini mülkiyyətə verməsi halları müəyyənləşib  |     22:17 Ana iki övladını 5-ci mərtəbədən atdı - Qazaxıstanda  |    
Left Banner
Right Banner

Sabah Bakıda beynəlxalq turnir start götürəcək

10.01.2019 12:23 1 920
Sabah Bakıda beynəlxalq turnir start götürəcək
Yanvarın 11-12-də Bakı İdman Sarayında Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında XXII açıq Respublika turniri keçiriləcək.

Median.Az
xəbər verir ki, yarış 20 yanvar şəhidi Müşfiq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

Avqustda Bakıda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalının proqramında yer alan altı çəki (45, 48, 51, 55, 60 və 65 kq) üzrə baş tutacaq mübarizədə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilər də iştirak edəcək.

Görüşlər saat 10:00-da başlayacaq. Yarımfinal və medal görüşləri 17:00-dan start götürəcək. Turnirin açılış mərasimi sabah saat 16:00-da olacaq.

İlk gün sərbəst, ikinci gün isə yunan-Roma güləşində qaliblər müəyyənləşəcək. İlk üç yeri tutanlar diplom və medalla mükafatlandırılacaq.

Qeyd edək ki, Müşfiq İsayev Milli Olimpiya Komitəsinin vitse-prezidenti, həmin qurumun Ədalətli Oyunlar Komissiyasının sədri, sərbəst güləş üzrə dünya və ikiqat Avropa çempionu Xəzər İsayevin kiçik qardaşı olub.
скачать dle 11.3