Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Əvvəl həmkəndlisinin övladlarını oğlunun ölümündə günahlandırdı, sonra onu bıçaqladı

10.02.2026 12:22 462
Əvvəl həmkəndlisinin övladlarını oğlunun ölümündə günahlandırdı, sonra onu bıçaqladı
Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Bəşir Ömərovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Füzuli Rayon Məhkəməsinin hökmü "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarına münasibətdə dəyişdirilib. Təqsirləndirilən şəxs barəsində "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.3 və 5.2.2-ci bəndləri tətbiq edilib və o, Füzuli Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəzadan azad olunub. Bəşir Ömərov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsindən həbsdən dərhal azad olunub.

İttiham aktına əsasən, hadisə 2024-cü il oktyabrın 12-də saat 20 radələrində Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisində yerləşən çayxanada qeydə alınıb.

Belə ki, Bəşir Ömərov çayxanada həmkəndliləri ilə birlikdə əyləşmiş zərərçəkmiş Nağı Nağıyevin (adı və soyadı şərtidir) övladlarını mərhum oğlunun ölümündə günahlandırıb. O, heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxslə mübahisə edib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zamanı Nağının ünvanına nalayiq söyüşlər söyərək qəsdən ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə yol verib. Sonra Bəşir turist bıçağı ilə zərərçəkmiş şəxsin sol bazu nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə Nağının sol bazu nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş yarası yetirilib ki, bu da sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti kimi qiymətləndirilib.

Hadisə zamanı təqsirləndirilən şəxsin hərəkətləri çayxanada olan digər şəxslərin də istirahətini pozub, onların narahatlığına səbəb olub. Beləliklə, o, ictimai yerdə cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən, zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmiş hesab edilib.

Füzuli Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclasında dərhal həbsə alınıb.

Son xəbərlər