Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Nəriman Axundzadə "Qarabağ"dan getdi - RƏSMİ

10.02.2026 12:24 1 101
Nəriman Axundzadə
Nəriman Axundzadə "Qarabağ" futbol klubundan ayrılıb.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Nəriman Axundzadə ilə bağlı MLS (ABŞ) təmsilçisi "Kolumbus Kru" klubu ilə aparılan danışıqları yekun mərhələyə çatıb və tərəflər arasında razılıq əldə olunub. Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib.

Qeyd edək ki, "Kolumbus Kru" klubu Nərimanla "U22 Initiative" proqramı çərçivəsində müqavilə imzalayacaq.

"U22 Initiative" proqramı çərçivəsində olan futbolçular klublar tərəfindən azaldılmış büdcə xərci ilə transfer edilə bilər. Bu halda oyunçunun maaşı və transfer haqqı klubun maaş limitinə daha aşağı məbləğlə daxil edilir ki, bu da gənc futbolçuların heyətə cəlb olunmasını asanlaşdırır.

Xatırladaq ki, 2021-ci ildən "Qarabağ"da çıxış edən Nəriman Axundzadə bu illər ərzində komandada 35 qol vurub və 17 məhsuldar ötürmə edib. 2023-cü ildən etibarən Azərbaycan yığmasında çıxış edən hücumçu milli komandada fərqlənə bilməyib.

Son xəbərlər