UEFA “Qarabağ”ın oyununda meydana girmiş erməni təxribatçı ilə bağlı iş açdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Azərbaycanda saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq  |     22:59 Gəncədə işə düzəltmə dələduzluğu  |     22:53 Əmisi oğlunun pasportu ilə Bakıya uçan Arşad tutuldu - İspaniyaya niyə gedirmiş?  |     22:48 Məmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş? - DETALLAR (FOTO)  |     22:41 Martda neçə gün evdəyik?  |     22:36 Sumqayıtda avtobusda yanğın olub - VİDEO  |     22:30 Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib  |     22:23 Türkiyədə ağır yol qəzası olub, ölən və yaralananlar var  |     22:18 Azərbaycan boksçuları Monteneqrodakı beynəlxalq turnirə qatılacaqlar  |     22:11 Azərbaycan çempionatının daha bir oyunu baş tutmayıb  |     22:05 Mask 14-cü dəfə ata olub  |     21:58 ABŞ Ukraynanın enerji sisteminin bərpası üçün maliyyə yardımını dayandırıb  |     21:53 Gürcüstanın Baş naziri Zelenski ilə qalmaqallı danışıqlarda Trampı dəstəkləyib  |     21:47 Səhiyyə Nazirliyi: Qarlı havada 41 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub  |     21:40 Bakıda qarlı hava günlərində yol qəzalarında 5 svetofor dirəyi, 1 idarəetmə və 1 elektrik qutusuna zərər dəyib  |     21:35 Avropada qazın orta qiyməti 5 % artıb  |     21:29 Qaradağda kafedə qumarxana təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     21:21 Şirvanda avtomat aşkarlanıb  |     21:16 Sumqayıtda 17 yaşlı gənc dəm qazından ölüb  |     21:07 Alimlər neandertalların yoxa çıxmasının səbəbini müəyyən ediblər  |    

UEFA “Qarabağ”ın oyununda meydana girmiş erməni təxribatçı ilə bağlı iş açdı

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi dekabrın 13-də keçirilmiş Avropa Liqasının “Arsenal” – “Qarabağ” oyunu ilə bağlı iş açıb.

Meydana erməni təxribatçının qondarma “DQR” bayrağı ilə meydana çıxması, siyasi məqsədlərdən istifadə olunması, üstəlik oyunun nəzərdə tutulandan üç dəqiqə gec başlaması araşdırılacaq.

Bu məsələ barəsində fevralın 21-də yekun qərar çıxarılacaq. Stüardların gözündən qaçdığı üçün meydançaya daxil olmuş erməni təxribatçıya görə London klubunu cəzalar gözləyir. Böyük ehtimalla, klub cərimələnəcək.

Qeyd edək ki, Artur Zakaryan adlı üzərində terrorçu Monte Melkonyanın şəkli olan erməni təxribatçı 90+3-cü dəqiqədə qondarma “DQR” bayrağı ilə meydana çıxıb və “Arsenal”ın ehtiyat oyunçular skamyasında əyləşmiş Henrix Mxitaryana sevgisini bildirməyə çalışıb. Buna cavab olaraq “Qarabağ”ın kapitanı Rəşad Sadıqov bayrağı ondan almağa cəhd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 667 15.12.18 13:43