Mojo.az Banner
12:26 “Əgər quru sərhədlər açıq olsaydı...” – İran rialı ilə bağlı diqqətçəkən AÇIQLAMA  |     12:13 Bu universitetlər birləşdirilə bilər  |     12:09 Marketlərdə şəkər tozu qıtlığı: “Azərsun”dan AÇIQLAMA  |     12:04 Azərbaycanda həkim çatışmazlığı: Regionlarda vəziyyət niyə daha ağırdır?  |     11:52 25 min manata yaxın pul yığıb yol çəkdirdilər, üç gün sonra dağıldı - Sakinlərdən ŞİKAYƏT - VİDEO  |     11:30 İkiqat Azərbaycan çempionu VƏFAT ETDİ - FOTO  |     11:25 Göyçayda ana pilləkəndən yıxıldı, üçaylıq körpəsi öldü  |     11:19 Ağa Salamov "ağ yudu, qara sərdi" — "50-60 manata pendir olar?"  |     11:14 Bəzi yerlərə leysan yağır, güclü külək əsir - FAKTİKİ HAVA  |     23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |    
Left Banner
Right Banner

Olimpiadadan qaçdığı deyilən idmançı barədə açıqlama

19.02.2018 13:27 3 961
Olimpiadadan qaçdığı deyilən idmançı barədə açıqlama
Azərbaycanı Pxençxan Qış Olimpiya Oyunlarında təmsil edən Patrik Braxnerin yarışlara çıxmayaraq qaçdığı barədə 2 gündür sosial şəbəkələrdə informasiya yayılıb. Xizəkçinin dünən nəhəng slalom növündə oyunlara qatılmaması da şübhə yaradıb.

“Qafqazinfo”ya açıqlama verən Pxençxan Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin şef-de-missionu Anar Bağırov məsələyə aydınlıq gətirib. O bildirib ki, Braxner nəhəng slalom növündə yarışlara əvvəlcədən də qatılmamalı imiş: “Patrik nəhəng slalom yarışlarında çıxış etməməli idi. O, yalnız bir idman növündə mübarizə aparacaq. Çünki ona lisenziya dağ xizəyi üzrə verilib və burada da Braxnerin seçim etmək şansı var.

Düzdür, istəsəydi, nəhəng slalomda çıxış edə bilərdi. Amma burada heç şans yox idi və yaxşısı slalom yarışlarıdır. Bu onun özü üçün də rahat olacaq. Özünü cəmləyib ki, slalomda medal qazanacaq. Əvvəl xəstə idi. Xəstəxanaya getdik və hər şey qaydasındadır. Səhhətində heç bir problem yoxdur. Burada hava da əladır”.

Qeyd edək ki, Patrik Braxner fevralın 22-də slalom yarışlarına qatılacaq.скачать dle 11.3
Mojo.az Banner