Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

“Əgər quru sərhədlər açıq olsaydı...” – İran rialı ilə bağlı diqqətçəkən AÇIQLAMA

07.09.2026 12:26 228
“Əgər quru sərhədlər açıq olsaydı...” – İran rialı ilə bağlı diqqətçəkən AÇIQLAMA
İran rialının son dövrlərində dəyər itirməsi iqtisadi vəziyyətlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Rialın ucuzlaşmasının qonşuluğu, o əlavələrin iqtisadiyyatına mümkün təsirləri də diqqət mərkəzindədir. İqtisadçıların fikrincə, rialın köməyi ilə bağlı Azərbaycan iqtisadiyyatı üçün ümumi və ciddi makroiqtisadi risk yaradır. Bununla belə, İranla sərhədyanı ərazilərdə fəaliyyət kiçik və orta sahibkarlıq subyektlərinə təsir göstərir.

Bu barədə iqtisadçı İlqar Hüseynli Median.Az-a açıqlamasında deyib ki, İran rialının dəyər itirməsi Azərbaycan iqtisadiyyatı üçün ümumilikdə ciddi təhlükə və ya risk yaratmır:

“Bizim üçün hazırda əsas və həlledici məsələ Azərbaycan manatının öz dəyərini balanslaşdırması və digər xarici valyutalara nisbətdə sabit saxlamasıdır. Sözsüz ki, üzən məzənnə sisteminə keçidlə və bank sektorunun liberallaşdırılması ilə bağlı müxtəlif təkliflər var. Artıq birbaşa üzən məzənnə sisteminə keçidlə bağlı da fikirlər səsləndirilir. Bu proses, təbii ki, Azərbaycan iqtisadiyyatında müəyyən dəyişikliklər yarada bilər. Lakin İran rialının dəyərindəki kəskin enişlər ilk növbədə İranın daxili iqtisadiyyatına və bank sisteminə təsir göstərə bilər. Bunun müəyyən təsirləri sərhədyanı bölgələrdə mikroiqtisadi proseslər, o cümlədən kiçik və orta sahibkarlığın fəaliyyəti baxımından müşahidə oluna bilər. Xüsusilə İranla sərhədyanı ərazilərdə fəaliyyət göstərən kiçik sahibkarlar üçün qiymətlər və ticarət dövriyyəsi ilə bağlı müəyyən dəyişikliklər yarana bilər”.
O qeyd eidb ki, hazırda Azərbaycanda quru sərhədlərin bağlı qalması da İranla fəaliyyət göstərən sərhədyanı kiçik sahibkarlar üçün ciddi problem olaraq qalır:

“Əgər quru sərhədlər açıq olsaydı, sərhədyanı ərazilərdə fəaliyyət göstərən kiçik ticarətçilər İran üzərindən bizneslərini davam etdirə, müxtəlif İran mallarının alqı-satqısını həyata keçirə bilərdilər. Manatın dollara nisbətdə sabit qaldığı bir şəraitdə İran rialının nə qədər dəyər itirməsindən asılı olmayaraq, bunun Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməsi gözlənilmir. Hətta bu vəziyyətdə manatın və dolların İran rialına qarşı mövqeyinin güclənməsi ticarət dövriyyəsinin manat ifadəsində azalmasına və mal-əmtəə idxalının artmasına səbəb ola bilərdi. Bu isə müəyyən mənada daxili bazar üçün müsbət nəticə yarada bilərdi. Beləliklə, ümumi nəticə olaraq demək olar ki, İran rialının məzənnəsinin zəifləməsi Azərbaycan iqtisadiyyatı üçün ciddi makroiqtisadi risk yaratmır. Bununla belə, sərhədyanı bölgələrdə mikroiqtisadi proseslərin dəyişməsi baxımından müəyyən, nisbətən kiçik risklər yarana bilər. Ümumilikdə isə makroiqtisadi baxımdan rialın dəyər itirməsinin Azərbaycanda ciddi böhran və ya sistemli iqtisadi risklərə səbəb olacağı gözlənilmir”.

Aysel
скачать dle 11.3
Mojo.az Banner