Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

Ağa Salamov "ağ yudu, qara sərdi" — "50-60 manata pendir olar?"

07.09.2026 11:19 753
Ağa Salamov
"Biləndə, bilməyəndə danışır. İnsanlara mikrafon uzadıb "etiketlərin haradadır", - deyən şəxs ən azı qida təhlükəsizliyi bilgilərinə sahib olmalıdır. Yaxud, bu bilgilərə sahib deyilsə, onun yanında qida mütəxəsisi olmalıdır".

Bu sözləri Median.Az-a açıqlama verən qida təhlükəsizliyi mütəxəssisi Ağa Salamov deyib.

Ağa Salamov bazarda kənd məhsulları satan kəndlilərin əzilməsindən bəhs edib:

"Hər kəs bir şeyi yaddan çıxarır; kəndlilər qida təhlükəsizliyi qaydaları (HACCP) İSO 22 000 kimi detallı standartları haradan bilib öyrənsin?! Kəndlilərə təlim keçən yoxdursa, onlara mikrafon uzad bu sualları vermək də düzgün deyil".
Mütəxəssis qeyd edib ki, ev təsərrüfatına dəstək olmalıdır. Motal pendirini kənd yumurtası kimi satan adam məhsulu müxtəlif şəxslərdən alır. Bu gün nə qədər kənd yumurtası satan adam varsa, hamısını tanıyıram. Heç birində etiket yoxdur. Çünki qapı-qapı dolaşıb yumurtaları əldə edir. Ev təsərrüfatı ilə məşğul olan şəxslərin maarifləndirilməsi lazımdır. Onlara seminarlar təşkil edilməlidir. Bu işdə icra hakimiyyətlərinin də rolu var. Onlar mütəxəssislər təşkil edərək kənd camaatını, hansı ki, satışla məşğul olan insanları maarifləndirməlidirlər. Belə bir addım indiyə qədər atılmayıb.
Ağa Salamov əlavə edib ki, bu məsələdə AQTA fermerlər və s. müəyyən görüşlər keçirib. Amma onlara yumurtanı hansı şəraitdə saxlamaları və "FİFO" sistemini, standartları öyrədən yoxdur. Yaxud da motal pendiri hazırlanan bir yerdə hansı mütəxəssis gedib təlim keçib?!

Qanunlara da toxunan ekspert vurğulayıb:

"Qanunla ev təsərrüfatına dəstək olunmalıdır. Bunu dövlət təşkil etməlidir. Çünki Assosiasiyalar yatıb. Onlar ancaq qonarar almağı düşünür. Ətrafında 5-10 nəfərlə ölkələrə gedib gəzməklə, medal taxmaqla, qabağa çəkməklə iş bitmir. Kimsə bu dövlətin inkişafına dəstəkdə maraqlı deyil. Əgər varsa, üzr istəyirəm. Çünki mən görmürəm.

"Öz evində bir nənə ənənəvi üsulla motal pendiri hazırlayırsa, ona standartları öyrədən yoxdur. Onsuz da motal pendirini hazırlayan nənələr ənənəvi üsulları bilirlər. Amma sadələşdirilmiş etiketlər olmalı, satışı bazara çıxarırsa bu tətbiq edilməlidir. Bunun üçün onlara dəstək lazımdır. Əgər dəstək yoxdursa, heç kimin onları qınamağa haqqı yoxdur. İmkan versinlər ki, kəndli gətirib malını sata bilsin", — deyə Ağa Salamov sərt tənqid edib.

"5-10 kəndli qalıb və biz onları əzirik. İndi hamı şəhərdədir. Onların kökü kəsilməsin deyə dəstək olmaq, avadanlıqla təmin etmək əvəzinə onları "baltalayırıq". Bakalavr dərəcəsi olmadığı halda, adını mütəxəssis qoyanlar əlinə mikrafon alıb kənd bazarlarının canına düşür. Həmin şəxslər nənəyə deyir ki, "mən bu yağı laboratoriyaya aparıram". Onlar özlərini reklam edib piyar yığmaqla məşğuldurlar. Yaxud da dırnağarası bir jurnalist əlinə mikrafon alıb düşür bazarların canına ki, "etiketin hanı". Bu jurnalistlər də yanına bir mütəxəssis alıb çəkiliş etməlidirlər. Mütəxəssisin yanında sual verilməli, yaxud sualı həmin sahənin bilicisi təqdim etməlidir. Onlar da sanki jurnalist yox, təhlükəsizlik ekspertidirilər".

Şəxsi təcrübəsindən nümunə gətirən A. Salamov söyləyib:

"Qusarda Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən dəvət olunaraq turşuların qoyulması və kənd təsərrüfatına, ev məhsullarının hazırlanmasına dəstək məqsədilə getmişəm. Daxildə isə heç bir iş görülmür. Kəndlilərə lazım olan avadanlıqlarla belə dəstək olunmur".

Bu məsələdə təklif irəli sürən mütəxəssis bildirib:

"Evdə nehrə yağı, motal pendiri hazırlayan nənələrə dəstək olmaq lazımdır. Bunun üçün təşkilatçılıq olmalı, ev təsərrüfatı ilə məşğul olanları bir araya yığmaq vacibdir. Onlara təlim və seminarlar keçirilməlidir. Dəstək xarakterli olaraq onları yerində izləmək, etiketləri təşkil etmək lazımdır. Mütəxəssis də məhsulun düzgün qaydada hazırlanmasını sübut edən rəy verməlidir".

Çox vacib məqama toxunan Ağa Salamov dünya bazarına çıxmaq barədə sonda vurğulayıb:

"Motal pendirini dünya bazarına çıxarmaq olar. Bu gün italiyanın parmezan pendiri bizim maketləri zəbt edib. Bizim motal pendirimiz niyə gedib İtaliya və Avropa marketlərinin rəfində olmasın?! Motal pendiri dünya markasına çevirmək üçün ən unikal məhsullardan biridir. Parmezan elə portal pendiri kimidir. Kilosu 50-60 manata parmezan pendiri var. Biz öz milli motal pendirimizi dünya markası edib kəndlilərdən yaxşı mənada istifadə edərək, dəstək olaraq bu işi bacara bilərik. Eynilə qutab da markalaşa bilən qidalardandır. Mənim gücüm çatsa, edərdim. Çünki imkanım daxilində deyil. Belə dəstəklər həyata keçirilsə, bolluq olar, iqtisadiyyatımız güclənər. Ulu öndərimiz deyib: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir"".
Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner