Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda çıxış edən Anderson Taliska yanvar ayından etibarən "Fənərbağça" klubunun şərəfini qoruyacaq.
Median.Az "Ntvspor"a istinadən xəbər verir ki, braziliyalı futbolçu "Fənərbağça" rəsmiləri ilə görüşüb və təklifi qəbul edib.
Türkiyə mediasında yayılan xəbərlərə görə Anderson Taliska "Fənərbağça" ilə ikiillik müqavilə imzalayacaq.
Qeyd edək ki, Anderson Taliska bu mövsüm "Ən-Nəsr" forması ilə çıxdığı 17 oyunda səkkiz qolla yadda qalıb.