Mojo.az Banner
17:32 Elektron siqaretlərlə bağlı QƏRAR  |     17:03 Bu heyvanların Azərbaycana idxalının qarşısı alındı  |     16:31 Quldurluq edənlərə hökm oxundu  |     16:08 Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edildi  |     15:43 Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb  |     15:25 Lökbatanda yanan anbar kimə məxsusdur? - Daha bir şirkətdən AÇIQLAMA (Yenilənib)  |     15:05 Azərbaycan neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı  |     14:55 Azərbaycanda hantavirusun yayılma riski yüksəkdir? - ÜST açıqladı  |     14:49 Azərbaycan dili imtahanının ikinci cəhdində iştirak etmək istəyənlərin NƏZƏRİNƏ  |     13:37 Valideynlər uşaqları sosial mediada istismar edir - Komitədən AÇIQLAMA  |     13:23 Müdiriniz sizə məcbur ərizə yazdırıb işdən çıxarırsa — hüquqlarınızı bilin  |     12:52 Bakı metrosunda mühüm YENİLİK: Sərnişinlər boş vaqonları öncədən görə biləcəklər  |     12:33 Prezident Administrasiyasının məsul işçisinin kürəkəni yenidən hakim qarşısına çıxarılacaq  |     12:09 Azərbaycan nefti bahalaşıb  |     12:08 Balakəndə narkotik plantasiyası aşkarlanıb - Video  |     12:06 Gəzinti hər xəstəlik üçün faydalı deyilmiş - Yeni tədqiqat  |     12:03 Dünyaca məşhur cizgi filmi kino versiyası ilə gəlir  |     11:59 Dəniz mənzərəli ev alanlar problemlə üzləşməmək üçün nəyə diqqət etməlidirlər? - Video  |     11:55 Gəzintidən qayıdan ata-bala qəzaya düşdülər  |     11:46 Tanınmış estetik mərkəzin əməkdaşları hakim qarşısında  |    
Left Banner
Right Banner

UEFA reytinqi: Azərbaycan irəliləyərək Rusiyanı geridə qoyub

02.08.2024 11:16 2 037
UEFA reytinqi: Azərbaycan irəliləyərək Rusiyanı geridə qoyub
Azərbaycan avrokubokların üçgünlük sessiyasından sonra UEFA əmsallar cədvəlində irəliləyib.

Bu, avrokuboklarda II təsnifat mərhələsinin cavab oyunlarının nəticəsinə əsasən mümkün olub.

23-cü sırada yer alan ölkənin əmsalı 18.375-ə bərabərdir.

"Qarabağ" Çempionlar Liqasında Cəbəllüttariqin "Linkoln" komandasının qapısına beş cavabsız qol vurub. "Köhlən atlar" səfərdə də qalib gəlmişdilər - 2:0.

"Zirə" ötən gün Slovakiyada "DAK 1904" klubunu üstələyib - 2:1. "Qartallar" ilk dueldə inamlı qələbə əldə ediblər - 4:0.

"Sabah" əlavə vaxtda İsrailin "Makkabi" (Hayfa) kollektivinə uduzduğu (3:6) matçın (ilk oyun 3:0) penaltilər seriyasında (3:2) qalib gələrək mərhələ adlayıb.

Evdə Macarıstan təmsilçisi "Fehervar"a məğlub olan "Sumqayıt" səfərdə qolsuz heç-heçə etsə də, mübarizəni dayandırmalı olub.

Bu qarşılaşmalar reytinqdə Azərbaycana 0.625 xal qazandırıb (bu mərhələdə qələbəyə görə bir, heç-heçəyə görə isə yarım xal verilir, yekun nəticə klubların sayına (4) bölünür).

Bu mövsüm qazanılan xallar 1.625-ə çatıb - "Zirə" ümumi hesaba 0.750 xal, "Qarabağ" 0.500 xal, "Sabah" 0.250 xal və "Sumqayıt" isə 0.125 xal töhfə veriblər.

Hazırda ölkəmizdən öndə olan Macarıstanın 19.500 xalı, geridə qalan Rusiyanın isə 18.299 xalı var.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (89.160) başçılıq edir.скачать dle 11.3
Mojo.az Banner