Cənubi Koreyalı Lim Şi Hon 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında oxatma üzrə dünya rekordu qırıb.
Median.Az Gazetaya.ru-ya istinadən bildirir ki, təsnifat mərhələsində idmançı mümkün 720 mümkün xaldan 694 xal toplayıb. Əvvəlki dünya rekordu başqa bir koreyalı qadın Kan Çe Yanq tərəfindən 2019-cu ildə qoyulmuşdu və 692 xala bərabər idi.
Qeyd edək ki, Lim Şi Hon oxatma üzrə komanda hesabında hazırkı dünya çempionudur və onun 21 yaşı var.