50 yaşlı Əli İsmayılov: İndiyə qədər heç kim Azərbaycana MDB kəmərini gətirməmişdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Qısqandığı üçün dəhşət saçdı: Münasibətdə olduğu qadını və 25 yaşlı oğlanı qanlarına qəltan etdi  |     22:55 Güclü külək səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi  |     22:47 Silahlı Qüvvələr Gününə həsr olunmuş fləş-mob - VİDEO  |     22:40 Bakıda "Metro Park"ın qarşısında güllələnmənin DETALLARI: "İki oğlan bir qızı sevirmiş"  |     22:28 İtkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılıb  |     22:24 Hansı ayaqqabı ilə maşın sürmək olmaz?  |     22:18 Obrayen Azərbaycana gəlir  |     22:11 ABŞ bu ölkədə 6 ədəd F-35 göndərir  |     22:05 Bakı həbsxanasında ÖLÜM  |     21:59 Qarpızı xarab olmamaq üçün belə saxlamaq lazımdır  |     21:48 2025-ci ildə süni intellektə malik daha ağıllı avtomobillər istehsal olunacaq  |     21:43 Həddindən artıq ağrıkəsici qəbulu orqanizmdə nələrə səbəb olur? - Mütəxəssis AÇIQLADI  |     21:39 Avropada ən çox satılan 10 smartfon  |     21:21 Uzun kirpiklər üçün 7 qida maddəsi  |     21:16 Valideynlərin nəzərinə - Uşaqlarda bu problemlər yaranacaq  |     21:09 Bloomberg: Bəzi NATO ölkələri Kiyevə uzunmüddətli yardım öhdəliyindən imtina edirlər  |     21:05 19 yaşında müharibədə yaralanan qadın baş leytenant: "Çox vaxt məni oğlanla səhv salırdılar"  |     20:57 Həkimdən uşaqlarda allergiyanın təhlükəli fəsadları barədə xəbərdarlıq  |     20:48 Şimali Koreya Ukraynaya qoşun yeridcək? (ŞƏRH)  |     20:40 Siyasi qərar: "OpenAI" Çinin "ChatGPT"yə girişini bloklayacaq  |    

50 yaşlı Əli İsmayılov: İndiyə qədər heç kim Azərbaycana MDB kəmərini gətirməmişdi

İndiyə qədər heç kim Azərbaycana MDB kəmərini gətirməmişdi.

Bunu “Report”a açıqlamasında Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov MDB ölkələri kəməri uğrunda qalib gəldiyi döyüşlə bağlı danışarkən deyib.

50 yaşlı boksçu kəməri müdafiə etmək məqsədinin olduğunu bildirib: “MDB ölkələri kəməri uğrunda dağıstanlı boksçu Rəsul İbrahimovla döyüşdüm. Qarşılaşma yaxşı keçdi, kəməri qazandım. Bundan sonra onu müdafiə etmək məqsədim var”.

O, MDB ölkələri kəməri uğrunda yarışa 3 ay hazırlaşdığını vurğulayıb: “Üç ay kifayət etdi. Hazırlığı 3 mərhələyə bölmüşdük. Birinci ayda ümumi, ikinci ayda xüsusi fiziki hazırlıq keçdik. Üçüncü ayda fiziki-taktiki cəhətdən hazırlaşdıq, sınaqçı-rəqiblərlə işlədik. Hissiyyat və sürəti tam bərpa etdim, çox yaxşı formada idim. Heç kim inanmırdı. Hər kəs rəqibi favorit görürüdü. Bir sözlə, sensasiya oldu”.

Azərbaycan millisinin sabiq kapitanı peşəkar rinqə qayıtmaq məqsədini açıqlayıb: “Həm vaxtım oldu, həm də pandemiya dönəmində Mayk Taysona baxa-baxa yaxşı mənada “xəstələndim”. Düşündüm ki, 57 yaşlı Tayson bunu bacarırsa, mən 50 yaşımda niyə etməyim? Artıq 8 döyüş keçirmişəm. Bu, doqquzuncu idi. Döyüş Rusiya telekanallarında canlı yayımlanırdı. Şərhçilər məni müsbət qiymətləndirirdilər. Fiziki durumum qaydasındadır. Düzgün məktəb olduqdan sonra hər şey normal keçir. Bu, avtomobil idarə etmək, üzmək kimidir. Əzələ yaddaşını bərpa etdikdən sonra formaya düşürsən və gənclərə dərs keçməyə başlayırsan (gülür)”.

Ə.İsmayılov qarşıdakı planları haqda məlumat verib: “Hazırkı kəmərimi müdafiə etməliyəm. Ümumiyyətlə, MDB ölkələri kəməri uğrunda döyüşlər son illərdə keçirilir. Mən də özümü yoxlamaq istədim. Hər halda, kiçik titul deyil. Daha sonra dünya və Avropa titulları uğrunda yarışacağam. Sağlamlıq icazə verirsə, niyə də yarışmayım? Corc Forman 50 yaşında dünya çempionu olub. Roy Cons 48, Evander Holifild 52 yaşında çempionluğu qazanıb. Həyatına normal davam edirsənsə, içki içmir, siqaret çəkmirsənsə, düzgün qidalanırsansa, normal yuxu rejimin varsa, idmançı karyeran uzun müddət davam edə bilər”.

Qeyd edək ki, Əli İsmayılov Moskvada təşkil olunan boks gecəsində birinci ağır çəki dərəcəsi üzrə MDB ölkələrinin kəmərini qazanıb. 50 yaşlı boksçu indiyədək məğlubiyyətin nə olduğunu bilməyən rəqibi Rəsul İbrahimova ikinci raundda texniki nokautla qalib gəlib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            138 14.06.24 19:35