FIDE reytinqi: Şəhriyar Məmmədyarov irəliləyib, Teymur Rəcəbov geriləyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:25 Rəisdən ŞOK AÇIQLAMA: "Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim"  |     14:11 Yekaterinburqda Səfərov qardaşlarının qətli ilə bağlı Azərbaycanda cinayət işi BAŞLANDI  |     14:08 Azər Zahid ev dustaqlığına buraxıldı  |     13:50 Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq  |     13:11 Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb  |     13:09 Avro 2 manatı keçdi - 4 ildən sonra  |     13:08 Culfa rayonunun bir kəndində qaz kəsiləcək  |     13:08 Lionel Messi "İnter Mayami"dən ayrılmaq istəyir  |     13:07 Qəbələdə dağlıq ərazidə hündürlükdən yıxılan şəxs xilas edildi - VİDEO  |     13:06 SAXAL: "İranın ballistik raketlərinin 86 faizi ələ keçirilib"  |     13:04 Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ - Partlayış səsləri eşidiləcək  |     12:59 Bakıda tarixi binanın dam örtüyü uçdu - VİDEO  |     12:52 Lukaşenko Belarus xalqını hökumətə dua etməyə çağırıb  |     12:46 Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını açıqlayıb  |     12:14 Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəmə prosesi başlayıb  |     12:06 Finaldan sonra birjada çöküş: İnvestorlar məşhur serialla bağlı şirkətləri tərk edirlər  |     11:54 "Qarabağ" "Zalsburq"la oynayacaq  |     11:46 DTX dövlətə xəyanətdə şübhəli bilinən şəxsi həbs etdi  |     11:42 OMON-çular tərəfindən Rusiyada öldürülən Səfərov qardaşları dəfn edildilər  |     11:29 İran prezidenti Xankəndiyə səfər edəcək  |    

FIDE reytinqi: Şəhriyar Məmmədyarov irəliləyib, Teymur Rəcəbov geriləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti reytinq siyahısını açıqlayıb.

Median.Az
FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ötən ayla müqayisədə iki pillə irəliləyən Şəhriyar Məmmədyarov (2733) 17-ci sıraya yüksəlib.

Üç mövqe geriləyən Teymur Rəcəbov isə (2723) 28-ci ola bilib.

Rauf Məmmədov (2651) 85-ci yerdə qalıb. İddiaçılar Turnirində iştirak edəcək Nicat Abasov 100-lükdən kənardadır.

Siyahıya norveçli Maqnus Karlsen (2830) başçılıq edir. ABŞ-dən olan Fabiano Karuana (2803) və bu ölkənin digər təmsilçisi Hikaru Nakamura (2789) üçlüyü qapayırlar.

Qadın qrosmeysterlərdən Günay Məmməzadə (2436) 34-cü, Gövhər Beydullayeva isə (2402) 46-cıdır. Bundan əlavə, Ülviyyə Fətəliyeva (2377) 72-ci, Xanım Balacayeva (2371) 77-ci, Gülnar Məmmədova (2352) 99-cu pillədə qərarlaşıblar.

Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İkinci pillədə Venjun Ju (2559), üçüncü sırada Aleksandra Qoryaçkina (2553) yer alıblar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 395 01.04.24 13:30