Azərbaycan atleti Nazim Babayev 25-ci Balkan çempionatında qızıl medal qazanıb.
Median.Az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində qapalı məkanda keçirilən yarışda Nazim Babayev üç təkanla tullanma növündə 16.92 metr nəticə göstərərk qızıl medal əldə edib.
O, Ermənistan təmsilçisi Levon Ağasyanı 0,48 metr, Gürcüstandan olan Laşa Qulelaurini isə 0,63 metr üstələyib.