Ronaldudan tapmacalı paylaşım: Gecədən sonra şəfəqin gəldiyini unutmayın » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:43 Bərdədə arı sancması ölümə səbəb olub  |     18:40 Bakıda veloyürüş keçiriləcək  |     18:13 Bakıda yeniyetmənin uşaq evində təhqirə və zorakılığa məruz qalması ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI - VİDEO  |     18:08 Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib  |     17:59 ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərib  |     17:38 Bakının mərkəzindəki tuneldə yük maşını AŞIB - Yolda hərəkət MƏHDUDLAŞDI  |     17:30 Ağstafada yeniyetmə bıçaqlanıb  |     17:17 Məhərrəmlik bitdi, toylar başladı - Qızıl BAHALAŞACAQ?  |     17:15 Bakının bir küçəsi bağlanacaq  |     17:08 Bakı həbsxanasında daha bir məhkum öldü  |     16:39 Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ  |     16:33 Sabah Bakıya leysan, dağlıq ərazilərə qar yağacaq  |     16:28 Polşada ölən tələbə məktəb direktorunun oğlu imiş  |     16:19 Milyonlarla manat pul, mindən çox bank kartı, 25 mənzil - Azərbaycanda ŞOK ƏMƏLİYYAT (VİDEO)  |     16:11 Zabrat yolunda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO  |     16:04 Bibisi qızını qısqanclığa görə bıçaqlayan şəxs cəzalandırıldı  |     15:59 Azərbaycan Müdafiə Nazirliyi antiterror əməliyyatından kadrları paylaşdı (VİDEO)  |     15:46 Sentyabrın 21-nə olan hava proqnozu AÇIQLANDI  |     15:40 Azərbaycanda COVID-19-un hansı ştamı yayılıb? - Təyyar Eyvazov AÇIQLADI  |     14:35 Zaqatalada nöqsanlar aşkarlanan şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb  |    

Ronaldudan tapmacalı paylaşım: Gecədən sonra şəfəqin gəldiyini unutmayın

Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu FIFA-nın mükafatlandırılması mərasimi olarkən evində istirahət edirmiş.

Median.Az
xəbər verir ki, portuqaliyalı futbolçu Lionel Messinin altıncı dəfə dünyanın ən yaxşı futbolçusu seçiləcəyini ehtimal etdiyindən mərasimə qatılmağı məqsədəuyğun saymayıb.

O, “Instagram” hesabında evdə istirahətdə olduğu şəklini paylaşaraq portuqal dilində bu sözləri yazıb:

“Səbir və əzmkarlıq həvəskardan peşəkarlığı fərqləndirən iki xüsusiyyətdir. Bu gün böyük olan hər şey kiçikdən başladı. Hər şeyi edə bilməzsən, ancaq xəyallarının gerçəkləşməsi üçün əlindən gələni et. Gecədən sonra şəfəqin gəldiyini unutmayın”.

Qeyd edək ki, Kriştianu Ronaldu ilin rəmzi yığmasına seçilsə də, tədbirə qatılmadığından, podiuma 10 futbolçu çıxıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 463 24.09.19 19:09