Milli Gimnastika Arenasında 37-ci Bədii Gimnastika üzrə Dünya Çempionatının üçüncü günü keçirilib.
Median.Az Trend-ə istinadən bildirir ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.
Trend oxuculara Bakıda keçirilən 37-ci Bədii Gimnastika üzrə Dünya Çempionatından ən maraqlı anların fotolarını təqdim edir: